28 dek 2023
Gündəlik İşıq, 29 dekabr: Rəbbin iradəsini dərk edin
Gündəlik İşıq
Rəbbin iradəsini dərk edin.
Efesli̇lərə 5:17
Çünki Allahın iradəsinə görə müqəddəslik yolunuz belədir.
1 Saloni̇kli̇lərə 4:3
Allahla barışıb dost olsan, Xeyir taparsan.
Əyyub 22:21
Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar.
Yəhya 17:3
Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur.
1 Yəhya 5:20
Ona görə bunu eşitdiyimiz gündən bəri sizin tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavramanız üçün biz də dualarımızı və yalvarışlarımızı kəsmədik.
Kolosseli̇lərə 1:9
Dua edirəm ki, Rəbbimiz İsa Məsihin Allahı olan izzətli Ata Özünü sizə tanıtmaq üçün hikmət və vəhy ruhunu versin. Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun çağırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu, Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğunu görəsiniz.
Efesli̇lərə 1:17–19
Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar.
Yaqub 4:8
Allahla bir yol getdi. Sonra qeyb oldu.
Yaradiliş 5:24
İki nəfər razılaşıb görüşməsə, Birgə yol gedərmi?
Amos 3:3
Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır.
Zəbur 73:28
Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər. Ancaq ağır günlərində İsrailin Allahı Rəbbə qayıdıb Onu axtaranda O Özünü onlara göstərdi.
İki̇nci̇ Salnamələr 15:2, 4
Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim. Siz Məni çağıracaqsınız, gəlib Mənə dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm. Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız.
Yeremya 29:11–13
Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. O bizə pərdədən ... Həm də O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir. Ona görə ürəklərimiz pis vicdandan paklanmış.
İbrani̇lərə 10:19–22
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax27 dek 2023
2 Kori̇nfli̇lərə 4:18 · İbrani̇lərə 13:14
26 dek 2023
1 Kori̇nfli̇lərə 15:58 · 1 Kori̇nfli̇lərə 15:58
25 dek 2023
Ti̇tə 3:4 · Yeremya 31:3
24 dek 2023
Romalilara 8:13 · Qalati̇yalilara 5:19
23 dek 2023
Yeşaya 27:5 · Yeremya 29:11
22 dek 2023
1 Saloni̇kli̇lərə 1:3 · Yəhya 6:29
