7 fev 2024
Gündəlik İşıq, 8 fevral: Mən sizə dost deyirəm (Yəhya 15:15)
Gündəlik İşıq
Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm.
Yəhya 15:15
O vaxt Rəbb dedi: «Mən edəcəyim şeyi İbrahimdən gizlədəcəyəmmi?
Yaradiliş 18:17
Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir.
Matta 13:11
Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır.
1 Kori̇nfli̇lərə 2:10
Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı.
1 Kori̇nfli̇lərə 2:7
Nə bəxtiyardır evinin həyətlərində yaşayan, Seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs məbədinin Nemətləri ilə doyacağıq!
Zəbur 65:4
Rəbb Ondan qorxanlara sirrini açar, Onlara Öz əhdini öyrədər.
Zəbur 25:14
Çünki Mənə bildirdiyin sözləri onlara bildirdim, onlar da qəbul etdilər. Sənin yanından çıxıb gəldiyimi əminliklə bildilər və Məni Sən göndərdiyinə inandılar.
Yəhya 17:8
Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız.
Yəhya 15:14
Divarlarını «Xilas», Darvazalarını «Həmd» adlandıracaqsan.
Yeşaya 60:18
Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi.
Vəhy 21:14
Artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz. Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür. Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır. Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.
Efesli̇lərə 2:19–22
Çünki siz daddınız ki, Rəbb nə qədər xeyirxahdır. İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraq özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz.
1 Peter 2:3–5
Ey Allah, Səni Sionda həmdlər gözləyir.
Zəbur 65:1
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax6 fev 2024
1 Ti̇moteyə 1:14 · 2 Kori̇nfli̇lərə 8:9
5 fev 2024
Yəhya 10:10 · Yaradiliş 2:17
4 fev 2024
Qanunun Təkrari 17:16 · İbrani̇lərə 11:15–16
3 fev 2024
Haqqay 2:4 · Yəhya 15:5
2 fev 2024
Bi̇ri̇nci̇ Salnamələr 4:10 · Luka 22:46
1 fev 2024
1 Peter 1:8 · 2 Kori̇nfli̇lərə 5:7
