4 fev 2024
Gündəlik İşıq, 5 fevral: Mənsə gəldim ki, onlar həyata
Gündəlik İşıq
Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun.
Yəhya 10:10
Çünki ondan yeyən gün hökmən öləcəksən.
Yaradiliş 2:17
Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi.
Yaradiliş 3:6
Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.
Romalilara 6:23
Əgər bir adamın təqsiri üzündən ölüm həmin adamın vasitəsilə hökmranlıq etdisə, Allahın bol lütfünü və salehlik ənamını qəbul edənlər bir Adam, yəni İsa Məsih vasitəsilə daha qəti olaraq həyatda hökmranlıq edəcək.
Romalilara 5:17
Ölüm bir insanın vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir. Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq.
1 Kori̇nfli̇lərə 15:21–22
Indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi.
2 Ti̇moteyə 1:10
Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır.
1 Yəhya 5:11–12
Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi.
Yəhya 3:17
Çünki hər birimiz bu bədəndə olanda etdiyimiz əməllər pis də olsa.
2 Kori̇nfli̇lərə 5:10
Bizsə bilirik ki, belə işlərlə məşğul olanlara Allah həqiqətə əsasən hökm çıxarır.
Romalilara 2:2
Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq. Qoyunları sağına.
Matta 25:31, 33
O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar.
Matta 13:43
Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır! Məhkum edən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik edir.
Romalilara 8:33–34
Deməli, indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur.
Romalilara 8:1
Rəbb bizi mühakimə edəndə dünya ilə birlikdə məhkum olunmayaq deyə bizi tərbiyə edir.
1 Kori̇nfli̇lərə 11:32
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax3 fev 2024
Haqqay 2:4 · Yəhya 15:5
2 fev 2024
Bi̇ri̇nci̇ Salnamələr 4:10 · Luka 22:46
1 fev 2024
1 Peter 1:8 · 2 Kori̇nfli̇lərə 5:7
31 yan 2024
Saylar 33:55 · 1 Ti̇moteyə 6:12
30 yan 2024
İbrani̇lərə 12:1–2 · Luka 9:23
29 yan 2024
Yaradiliş 16:13 · Zəbur 139:1–4
