Kədərdən canım üzülüb, Öz sözünə görə mənə güc ver.
ZƏBUR 119:28
Gündəlik İşıq

Kədərdən canım üzülüb, Öz sözünə görə mənə güc ver.
ZƏBUR 119:28
Sən quluna verdiyin sözü xatırla, Bu sözünlə mənə ümid vermisən.
ZƏBUR 119:49
Qaranquş kimi, durna kimi çığırdım, Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
YEŞAYA 38:14
Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək.
LUKA 21:33
Budur, bu gün mən də hamı kimi dünyadan köçəcəyəm. Bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi. Onun sözlərindən heç biri boşa çıxmadı.
YEŞUA 23:14
O dedi: «Ey Allahın sevimlisi, qorxma, sənə sülh olsun, möhkəm ol, möhkəm ol!» O mənimlə danışanda mən qüvvət tapıb dedim: «Ey ağam, danış, çünki sən mənə güc verdin».
DANİEL 10:19
Rəbb deyir: “İndi isə, ey Zerubbabil, qüvvətlən! Qüvvətlən, ey baş kahin olan Yehosadaq oğlu Yeşua! Ey bütün ölkə xalqı, qüvvətlənin və işləyin! Çünki Mən sizinləyəm”. Ordular Rəbbi belə bəyan edir:
HAQQAY 2:4
O mənə cavab verdi: «Zerubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi.
ZƏKƏRİYYƏ 4:6
Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
EFESLİLƏRƏ 6:10
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
18 mar 2024
Isaiah 38:14
17 mar 2024
Leviticus 1:4
16 mar 2024
James 4:14
15 mar 2024
Hebrews 2:10
14 mar 2024
Titus 2:10
13 mar 2024
1 Timothy 2:5
12 mar 2024
Numbers 6:25-26

Qərar Qəbuletmə
Düzgün seçimlər etmək üçün Allahın hikməti lazımdır. Yeşuanın nümunəsindən öyrənin və qətiyyətli hərəkət üçün…
Dəfn mərasimləri
Möminlərin ölümə ümidlə necə yanaşdığını araşdırın, Davudun Şaul və Yonatan üçün şərəfli mədhnaməsindən…
Xristologiya
Əbədi Kəlam, insanların Nuru və Allahın lütfünün təcəssümü kimi Məsihi açıqlayan Yəhya 1-i araşdırın.
Müqəddəs Ruh
Müqəddəs Ruhun İsanı göyərçinlə simvollaşdırılan məsh etməsini və bunun günah qarğası ilə ziddiyyətini kəşf…

Qərar Qəbuletmə
Düzgün seçimlər etmək üçün Allahın hikməti lazımdır. Yeşuanın nümunəsindən öyrənin və qətiyyətli hərəkət üçün…

Dəfn mərasimləri
Möminlərin ölümə ümidlə necə yanaşdığını araşdırın, Davudun Şaul və Yonatan üçün şərəfli mədhnaməsindən…

Xristologiya
Əbədi Kəlam, insanların Nuru və Allahın lütfünün təcəssümü kimi Məsihi açıqlayan Yəhya 1-i araşdırın.
Məsih
Əhdi-Ətiq peyğəmbərliklərini araşdırın, İbrahimin nəslindən Beytlehemdə doğulmasına qədər Məsihi…
İsa Məsih
İsa Məsihi ilahi və insan Çoban kimi araşdırın, Onun sevgisini, kəffarə qurbanını, gücünü və Kilsəsi üçün…