25 iyl 2024
Gündəlik İşıq, 26 iyul: Sevdiyi Yaqubun fəxri olan torpağı
Gündəlik İşıq
İbrahim çağırılanda iman vasitəsilə itaətli olub irs alacağı torpağa getdi.
İbrani̇lərə 11:8
Sevdiyi Yaqubun fəxri olan torpağı.
Zəbur 47:4
Bir sipər kimi onu hifz etdi, Göz bəbəyi kimi onu qorudu. Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi.
Qanunun Təkrari 32:10–12
Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm, Getdiyin lazım olan yolla səni aparıram.
Yeşaya 48:17
Onun kimi müəllim haradadır?
Əyyub 36:22
Gözlə görünənə deyil, imana görə həyat sürürük.
2 Kori̇nfli̇lərə 5:7
Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.
İbrani̇lərə 13:14
Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz.
1 Peter 2:11
Qalxın gedin, Çünki bura istirahət yeri deyil. Bu yer murdarlandığına görə Dəhşətli surətdə darmadağın olacaq.
Mi̇keya 2:10
Onun müqəddəs adına şükür edin!
Zəbur 97:12
Göylər belə, Onun gözündə təmiz deyilsə, Haqsızlığı su kimi içən, İyrənc, korlanmış insana O etibar edərmi?
Əyyub 15:15–16
Parlaq deyilsə, Ulduzlar belə, pak deyilsə, Torpaq qurduna bənzər fani insan necə ola bilər?
Əyyub 25:5–6
Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəhmli və alqışlara layiq.
Çixiş 15:11
Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!
Yeşaya 6:3
Amma sizi çağıran Allah müqəddəs olduğuna uyğun olaraq siz də bütün həyat tərzinizdə müqəddəs olun, necə ki yazılıb: «Müqəddəs olun, çünki Mən müqəddəsəm».
1 Peter 1:15–16
Amma Allah Onun müqəddəsliyinə ortaq olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir.
İbrani̇lərə 12:10
Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz.
1 Kori̇nfli̇lərə 3:17
Siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, mömin olmalısınız. ... Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin.
2 Peter 3:11, 14
Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin. Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz.
Efesli̇lərə 4:29–30
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax24 iyl 2024
Romalilara 12:12 · Bi̇ri̇nci̇ Şamuel 3:18
23 iyl 2024
1 Kori̇nfli̇lərə 15:24 · Mark 13:32–33
22 iyl 2024
Romalilara 6:10 · Yeşaya 53:12
21 iyl 2024
Romalilara 3:1–2 · Yeremya 4:4
20 iyl 2024
Yəhya 17:16 · Yeşaya 53:3
19 iyl 2024
Luka 1:49 · Çixiş 15:11
