Məzlumun hər günü qaradır, Ürəyi bəxtəvərin elə bil daima ziyafəti var.
SÜLEYMANIN MƏSƏLLƏRİ 15:15
Gündəlik İşıq

Məzlumun hər günü qaradır, Ürəyi bəxtəvərin elə bil daima ziyafəti var.
SÜLEYMANIN MƏSƏLLƏRİ 15:15
Nehemya da onlara dedi: «Gedin, yağlı yemək yeyin, şirin içki için və hazırlıqlı olmayanlara da pay göndərin, çünki bu gün Xudavəndimiz üçün müqəddəsdir. Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir».
NEHEMYA 8:10
Çünki Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir.
ROMALILARA 14:17
Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun. Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun. Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin.
EFESLİLƏRƏ 5:18-20
Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin bəhrəsi olan sözləri təqdim edək.
İBRANİLƏRƏ 13:15
Əncir ağacı tumurcuqlanmasa da, Meynələr bar gətirməsə də, Zeytun ağaclarına çəkdiyim zəhmət boşa çıxsa da, Tarlalar məhsul yetişdirməsə də, Qoyun-keçi ağıllarda, Mal-qara tövlələrdə yox olsa da, Mən yenə Rəbdə sevinc tapacağam. Xilasımın Allahı ilə şadlıqdan coşacağam!
HABAQQUQ 3:17-18
Sanki kədər içindəyik, əslində həmişə sevinirik. Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik.
2 KORİNFLİLƏRƏ 6:10
Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm,
ROMALILARA 5:3
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
19 iyl 2024
Luke 1:49
18 iyl 2024
John 10:3
17 iyl 2024
Jonah 4:2
16 iyl 2024
Exodus 19:6
15 iyl 2024
Matthew 6:10
14 iyl 2024
Matthew 12:34
13 iyl 2024
Song of Solomon 7:10

Şagirdlik
Məsih üçün bütün qəlbdən yaşamağın, dünyəvi dolaşıqlıqlardan azad olmağın nə demək olduğunu kəşf edin…
Şagirdlik
İsanın 'insan ovçusu' olmaq çağırışını və müjdəçiliyin təcili olduğunu araşdırın. Onun səsinə cavab verin…
Namaz
Uşaqlarınızın ruhani səyahətinə rəhbərlik etmək üçün 31 günlük dua nöqtələrini kəşf edin. Onların qurtuluşu…
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…
Evlilik
Sevgi, sevinc və sülh kimi Ruhun doqquzqat meyvəsinin evliliyinizi necə gücləndirə biləcəyini araşdırın.
Ruhani İnkişaf
Bu on iki dərin sualla ruhani səyahətiniz üzərində düşünün. Allahla olan əlaqənizi qiymətləndirin…

Şagirdlik
Məsih üçün bütün qəlbdən yaşamağın, dünyəvi dolaşıqlıqlardan azad olmağın nə demək olduğunu kəşf edin…

Şagirdlik
İsanın 'insan ovçusu' olmaq çağırışını və müjdəçiliyin təcili olduğunu araşdırın. Onun səsinə cavab verin…