14 iyl 2024
Gündəlik İşıq, 15 iyul: Ey sevimlilər, hər ruha inanmayın
Gündəlik İşıq
Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun.
Matta 6:10
Rəbbə alqış edin, ey Onun mələkləri, Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər! Rəbbə alqış edin, ey səmanın bütün orduları, İradəsini yerinə yetirən xidmətçiləri!
Zəbur 103:20–21
Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm.
Yəhya 6:38
Ey Allahım, Sənin iradəni yerinə yetirmək Mənə zövq verir, Qanunun qəlbimdədir.
Zəbur 40:8
əgər Mən içmədən bu kasanın keçməsi mümkün deyilsə, qoy Sənin iradən olsun.
Matta 26:42
Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək.
Matta 7:21
Çünki Allahın nəzərində Qanunu eşidənlər deyil, ona əməl edənlər saleh sayılır.
Romalilara 2:13
Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız.
Yəhya 13:17
Kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir.
Yaqub 4:17
Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
Romalilara 12:2
Çünki damaq yeməyin dadını bildiyi kimi Qulaq da sözləri müəyyən edir.
Əyyub 34:3
Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb.
1 Yəhya 4:1
Zahirə görə mühakimə etməyin, ədalətlə mühakimə edin.
Yəhya 7:24
Mən ağıllı insanlara xitab edirəm. Dediklərimi siz özünüz araşdırın.
1 Kori̇nfli̇lərə 10:15
Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın.
Kolosseli̇lərə 3:16
Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.
Vəhy 2:29
Ruhani adam isə hər şeyi araşdıra bilər.
1 Kori̇nfli̇lərə 2:15
Eşitdiyinizə diqqət edin.
Mark 4:24
Sənin əməllərindən ... Həvari olmadıqları halda özlərini həvari adlandıranları sınaqdan keçirdin və onların yalançı olduğunu müəyyən etdin.
Vəhy 2:2
Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm tutun.
1 Saloni̇kli̇lərə 5:21
O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar. Öz qoyunlarının hamısını çölə çıxarandan sonra onların önündə gedər və qoyunlar da ardınca gedər, çünki onun səsini tanıyırlar. Amma yad adamın ardınca getməzlər, ondan qaçarlar, çünki yad adamların səsini tanımazlar.
Yəhya 10:3–5
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax13 iyl 2024
Nəğmələr Nəğməsi̇ 7:10 · 2 Ti̇moteyə 1:12
12 iyl 2024
Çixiş 33:14 · Qanunun Təkrari 31:6
11 iyl 2024
Yeremya 15:20 · Yeşaya 49:24–26
10 iyl 2024
Matta 10:24 · Yəhya 13:13
9 iyl 2024
Zəkəri̇yyə 3:4 · Zəbur 32:1
8 iyl 2024
1 Yəhya 1:9 · Zəbur 51:3–4
