Rəbbin kitabını araşdırın, oxuyun, Bunlardan heç biri əskik olmayacaq, Hər bir dişi heyvan öz cütünü tapacaq, Çünki bu əmr Onun ağzından çıxdı, Ruhu da onları toplayacaq.
YEŞAYA 34:16
Gündəlik İşıq

Rəbbin kitabını araşdırın, oxuyun, Bunlardan heç biri əskik olmayacaq, Hər bir dişi heyvan öz cütünü tapacaq, Çünki bu əmr Onun ağzından çıxdı, Ruhu da onları toplayacaq.
YEŞAYA 34:16
Buna görə də mənim bu sözlərimi ürəyinizdə və ağlınızda saxlayın, qolunuza bir nişan kimi, gözlərinizin arasına alın bağı kimi bağlayın,
QANUNUN TƏKRARI 11:18
Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan.
YEŞUA 1:8
Çünki Allahın qanunu ürəyindədir, Ayaqları büdrəmir.
ZƏBUR 37:31
Sənin sözünə görə zalımların tutduğu yoldan, Bu insanların əməlindən özümü qorumuşam.
ZƏBUR 17:4
Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam.
ZƏBUR 119:11
Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz.
2 PETER 1:19
Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı ki, dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz olsun.
ROMALILARA 15:4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
12 iyl 2024
Exodus 33:14
11 iyl 2024
Jeremiah 15:20
10 iyl 2024
Matthew 10:24
9 iyl 2024
Zechariah 3:4
8 iyl 2024
1 John 1:9
7 iyl 2024
Matthew 4:1
6 iyl 2024
Colossians 4:6
Günah
Ürəyin və günahın onun ruhani xəstəliyi kimi Müqəddəs Kitab mənasını araşdırın. Allahın baxış bucağını…

Sevgi
Bu məqalə aqape, yəni "baş sevgisi"ni, Allahın bizi sevdiyi kimi, şərtsiz sevmək seçimi kimi araşdırır.
İsa Məsih
Məsihin Böyük Çoban rolunu, möminlərə qayğısını və Zəbur 23-ün mənasını araşdırın. Onun sürüsünü necə…
Müqəddəs Yazı
Müqəddəs Kitabı, Allahın Kəlamını araşdırın; o, Onun fikrini, bəşəriyyətin vəziyyətini və xilas yolunu aşkar…
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…
Dostluq
Davudun həyatında dindar dostluqların həyati rolunu və əkin və biçin prinsipini araşdırın.