Məhəbbətin gözümün önündə durur, Sənin sədaqətinlə gəzirəm.
ZƏBUR 26:3
Gündəlik İşıq

Məhəbbətin gözümün önündə durur, Sənin sədaqətinlə gəzirəm.
ZƏBUR 26:3
Rəbb lütfkar və rəhmlidir, Hədsiz səbirli və bol məhəbbətlidir.
ZƏBUR 145:8
Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır.
MATTA 5:45
Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün. Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün.
EFESLİLƏRƏ 5:1-2
Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
EFESLİLƏRƏ 4:32
Həqiqətə itaət edərək ürəklərinizi saflaşdırıb riyasız qardaşlıq məhəbbətinə sahib oldunuz. Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin.
1 PETER 1:22
Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü.
2 KORİNFLİLƏRƏ 5:14
Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır. Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun.
LUKA 6:35-36
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
5 iyl 2024
1 John 4:16
4 iyl 2024
John 13:23
3 iyl 2024
Romans 8:17
2 iyl 2024
Exodus 12:43
1 iyl 2024
Galatians 5:22
30 iyn 2024
Revelation 3:19
29 iyn 2024
1 John 5:3
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…

İsa Məsih
Matta İncili Əhdi-Ətiq peyğəmbərliyini lütfün yeni dövrü ilə əlaqələndirərək, İsa Məsihi İsrailin vəd edilmiş…
Həvəsləndirmə
Barnaba kimi 'ruhlandırma oğlu' olun. İman yoldaşlarınızı yüksəltməyi, imanlarını gücləndirməyi və onları…
Dostluq
Davudun həyatında dindar dostluqların həyati rolunu və əkin və biçin prinsipini araşdırın.

İsa Məsih
Matta İncili Əhdi-Ətiq peyğəmbərliyini lütfün yeni dövrü ilə əlaqələndirərək, İsa Məsihi İsrailin vəd edilmiş…
Qeybət
Qeybət günahdırmı? Qeybət haqqında Müqəddəs Kitab təlimlərini və xristianların niyə ondan çəkinməli olduğunu…
Dostluq
Dost seçərkən soruşulmalı yeddi əsas sualı öyrənin. Allahpərəst dostluqların həyatınızı necə formalaşdıra…