20 iyl 2024
Gündəlik İşıq, 21 iyul: Hər cəhətdən böyük üstünlüyü var
Gündəlik İşıq
Sünnətin faydası nədir?
Romalilara 3:1
Hər cəhətdən böyük üstünlüyü var.
Romalilara 3:2
Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar, Özünüzü Rəbb üçün sünnət edin.
Yeremya 4:4
– buna görə Mən də onlara qarşı çıxıb düşmən torpağına aparmışam – daş ürəkləri yumşalıb günahlarının əvəzini ödəsələr, o zaman Mən də Yaqubla, İshaqla və İbrahimlə bağladığım əhdimi və onlara vəd etdiyim ölkəni xatırlayacağam.
Levi̇li̇lər 26:41–42
Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin.
Romalilara 15:8
Həmçinin siz Məsihdə insan əli ilə deyil, Onun təmin etdiyi sünnətlə cismani təbiətdən ayrılaraq sünnət olundunuz.
Kolosseli̇lərə 2:11
Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb.
Kolosseli̇lərə 2:13
Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın, ruhən və əqlən yeniləşin, əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.
Efesli̇lərə 4:22–24
O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı.
Matta 27:51
Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin».
1 Kori̇nfli̇lərə 11:23–24
əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir.
Yəhya 6:51
Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq. Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram. Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi Məndən yeyən də Mənim sayəmdə yaşayacaq. ... Bu söz sizi büdrədirmi? Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, necə? Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur.
Yəhya 6:53–54, 56–57, 61–63
O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır. Ona görə ürəklərimiz pis vicdandan paklanmış.
İbrani̇lərə 10:20, 22
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax19 iyl 2024
Luka 1:49 · Çixiş 15:11
18 iyl 2024
Yəhya 10:3 · 2 Ti̇moteyə 2:19
17 iyl 2024
Yunus 4:2 · Saylar 14:17–18
16 iyl 2024
Çixiş 19:6 · Vəhy 5:9–10
15 iyl 2024
Matta 6:10 · Zəbur 103:20–21
14 iyl 2024
Matta 12:34 · Kolosseli̇lərə 3:16
