20 avq 2024
Gündəlik İşıq, 21 avqust: Ya Rəbb, mənim nəsibimsən
Gündəlik İşıq
Ya Rəbb, mənim nəsibimsən.
Zəbur 119:57
Çünki hər şey sizindir. Sizsə Məsihinsiniz, Məsih də Allahındır.
1 Kori̇nfli̇lərə 3:21, 23
Ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.
Ti̇tə 2:13–14
Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi.
Efesli̇lərə 1:22
Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın.
Efesli̇lərə 5:25, 27
Rəblə könlüm fəxr edir.
Zəbur 34:2
Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü.
Yeşaya 61:10
Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm. Cismim və ürəyim taqətdən düşsə belə, Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.
Zəbur 73:25–26
Rəbbə dedim: «Mənim Xudavəndim Sənsən. ... Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, Püşkümə düşən Səndən asılıdır. Qismətimə gözəl yerlər düşdü, Bəli, mənə nemət nəsib oldu.
Zəbur 16:2, 5–6
Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.
Süleymanin Məsəlləri̇ 14:12
Öz ağlına güvənən axmaqdır.
Süleymanin Məsəlləri̇ 28:26
Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
Zəbur 119:105
Sənin sözünə görə zalımların tutduğu yoldan, Bu insanların əməlindən özümü qorumuşam.
Zəbur 17:4
Əgər aranızdan bir peyğəmbər yaxud bir röya görən çıxıb sizə bir əlamət ya da möcüzə olacağını söyləyərsə, ... bəhs etdiyi əlamət və ya möcüzə həyata keçsə də, belə peyğəmbərin yaxud röya görənin sözlərinə qulaq asmayın. ... Allahınız Rəbb sizi sınayır, görmək istəyir, siz Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevirsinizmi? Siz Allahınız Rəbbin ardınca gedin və Ondan qorxun. Onun əmrlərinə əməl edib sözlərinə qulaq asın, Rəbbə sitayiş edərək Ona bağlı qalın.
Qanunun Təkrari 13:1–4
Dedin: «Sənə təlim verəcəyəm, Gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, Gözüm sənin üstündə olacaq.
Zəbur 32:8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax19 avq 2024
1 Peter 1:15 · 1 Saloni̇kli̇lərə 2:11–12
18 avq 2024
Qanunun Təkrari 3:24 · Zəbur 89:6
17 avq 2024
Yaqub 5:16 · Yaradiliş 18:27–28
16 avq 2024
Bi̇ri̇nci̇ Salnamələr 22:5 · 1 Peter 2:5
15 avq 2024
İbrani̇lərə 13:20–21 · 2 Kori̇nfli̇lərə 13:11
14 avq 2024
Nehemya 8:10 · Yeşaya 49:13
