Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur.
KOLOSSELİLƏRƏ 1:17
Gündəlik İşıq

Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur.
KOLOSSELİLƏRƏ 1:17
Laodikeyada olan cəmiyyətin mələyinə yaz: Amin Olan, sadiq və etibarlı Şahid, Allahın yaratdıqlarının Mənşəyi belə deyir:
VƏHY 3:14
Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur.
KOLOSSELİLƏRƏ 1:18
Rəbb Öz yolunun başlanğıcında, Hər işindən əvvəl mənə malik oldu. Yaradılışın əzəlindən, Dünya yaranmazdan əvvəl mən var idim.
SÜLEYMANIN MƏSƏLLƏRİ 8:22-23
Göyləri yaradanda, Dərinliyin üzü üstündə bir dairə çəkəndə, Buludları yuxarıda yerləşdirəndə, Dərinlikdə bulaqları bağlayanda, Sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, Yerin bünövrələrini təyin edəndə Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, Hüzurunda həmişə sevinirdim.
SÜLEYMANIN MƏSƏLLƏRİ 8:27-30
Əzəldən bəri Mən Oyam, Mənim əlimdən qurtaran yoxdur. Mən bir şey edəndə buna kim mane ola bilər?»
YEŞAYA 43:13
Kəsilmiş Quzunun həyat kitabına dünya yaranandan bəri adı yazılanlardan savayı, yer üzündə yaşayanların hamısı ona səcdə edəcək.
VƏHY 13:8
Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu.
İBRANİLƏRƏ 12:2
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
15 avq 2024
Hebrews 13:20-21
14 avq 2024
Nehemiah 8:10
13 avq 2024
Hebrews 11:16
12 avq 2024
Lamentations 3:31-32
11 avq 2024
Hebrews 2:14
10 avq 2024
John 17:15
9 avq 2024
Song of Solomon 4:7

Qurtuluş
Allahın böyük xilasını araşdırın, bu xilas Məsihin qurbanlığı ilə qurulan yeni yaradılışla nəticələnir.
Məsihdə şəxsiyyət
İncilin kimliyinizi necə müəyyənləşdirdiyini, Qırmızı dəniz və İordan çayı keçidlərindən dərslər çıxararaq…
Yevangelizm
Məsih üçün səfir olmağın nə demək olduğunu kəşf edin. Göy rütbəniz, missiyanız və bu dünyada Allahı necə…

Qurtuluş
Allahın böyük xilasını araşdırın, bu xilas Məsihin qurbanlığı ilə qurulan yeni yaradılışla nəticələnir.
İbadət
Həqiqi xristian ibadətinin mənasını araşdırın, Əhdi-Ətiq rituallarından ruhani qurbanlara keçin.
İsa Məsih
İsa Yerusəlimin rədd edilməsindən kədərlənir, sevgisini balalarını yığan toyuğa bənzədir. Allahın davamlı…
Bağışlanma
Xristianlar həyatın zamana aid aspektlərini keçmiş üçün bağışlanma, indiki zaman üçün ehtiras və gələcək üçün…

Məsihdə şəxsiyyət
İncilin kimliyinizi necə müəyyənləşdirdiyini, Qırmızı dəniz və İordan çayı keçidlərindən dərslər çıxararaq…