12 avq 2024
Gündəlik İşıq, 13 avqust: Sizlərdən bəzisi belə idi
Gündəlik İşıq
Çünki O onlar üçün şəhər hazırlamışdır.
İbrani̇lərə 11:16
Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
Yəhya 14:3
Çürüməz, ləkəsiz, solmaz bir irsə qovuşdurdu. Bu irs sizin üçün göylərdə saxlanılır.
1 Peter 1:4
Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.
İbrani̇lərə 13:14
Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq.
Həvari̇ləri̇n İşləri̇ 1:11
Beləliklə, ey qardaşlar, Rəbbin zühuruna qədər səbirli olun. Görün əkinçi birinci və axırıncı yağış yağanacan səbir edərək torpağın qiymətli məhsulunu gözləyir. Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır.
Yaqub 5:7–8
Çünki «Bir az müddətdən sonra Gələn gələcək, gecikməyəcək.
İbrani̇lərə 10:37
Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq. Buna görə bir-birinizə bu sözlərlə təsəlli verin.
1 Saloni̇kli̇lərə 4:17–18
Dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdıqları.
1 Kori̇nfli̇lərə 1:28
Haqsızlıq edənlər Allahın Padşahlığını irs olaraq almayacaq? Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər, oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs olaraq almayacaq. Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız.
1 Kori̇nfli̇lərə 6:9–11
Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz. Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin ... Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə.
Efesli̇lərə 2:1–3
Bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki.
Ti̇tə 3:5–6
«Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, Sizin yollarınız Mənim yollarım deyil» Rəbb belə bəyan edir.
Yeşaya 55:8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax11 avq 2024
İbrani̇lərə 2:14 · 2 Ti̇moteyə 1:10
10 avq 2024
Yəhya 17:15 · Fi̇li̇pi̇li̇lərə 2:15
9 avq 2024
Nəğmələr Nəğməsi̇ 4:7 · Yeşaya 1:5–6
8 avq 2024
Süleymanin Məsəlləri̇ 4:18 · Fi̇li̇pi̇li̇lərə 3:12
7 avq 2024
Yəhya 14:26 · Yəhya 4:10
6 avq 2024
Süleymanin Məsəlləri̇ 3:12 · Qanunun Təkrari 32:39
