Rəbbindir yer üzü və orada mövcud olanlar, Dünya və orada yaşayanlar.
ZƏBUR 24:1
Gündəlik İşıq

Rəbbindir yer üzü və orada mövcud olanlar, Dünya və orada yaşayanlar.
ZƏBUR 24:1
Amma o bilmirdi ki, Ona taxılı, təzə şərabı, Zeytun yağını verən Mənəm. Baal bütü üçün sərf etdikləri Qızıl-gümüşü çoxaldan Mənəm. Buna görə də öz vaxtında taxılımı, Öz mövsümündə təzə şərabımı geri alacağam. Onun çılpaqlığını örtmək üçün verdiyim Yunu və kətanı əlindən alacağam.
HUŞƏ 2:8-9
Ancaq mən kiməm və xalqım nədir ki, bu cür könüllü nəzirlər verə bilək? Çünki hər şey Səndəndir və əlindən aldığımızı Sənə verdik. Biz bütün atalarımız kimi Sənin önündə bir qərib və qonağıq. Günlərimiz yer üzündə kölgə kimidir və heç nəyə ümidimiz yoxdur. Ya Rəbb Allahımız, Sənin müqəddəs adına məbəd tikmək üçün hazırladığımız bütün bu var-dövlət Sənin əlinlə verilib, bunların hamısı Sənindir.
BİRİNCİ SALNAMƏLƏR 29:14-16
Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin.
ROMALILARA 11:36
Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər.
1 TİMOTEYƏ 6:17
Çünki Allahın yaratdığı hər şey yaxşıdır, şükürlə qəbul edilən heç bir şey rədd edilməməlidir. Çünki hər şey Allahın kəlamı və dua ilə təqdis olur.
1 TİMOTEYƏ 4:4-5
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
FİLİPİLİLƏRƏ 4:19
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
5 avq 2024
Romans 6:4
4 avq 2024
John 19:30
3 avq 2024
Luke 1:50
2 avq 2024
Revelation 13:8
1 avq 2024
Ephesians 2:8
31 iyl 2024
2 Timothy 2:3
30 iyl 2024
Colossians 3:1

Allahın Suverenliyi
Həyatın sınaqlarında Allahın hökmranlığını və lütfünü kəşf edin. Onun varlığını qəbul etməyi, Onu gözləməyi…
Allahın Suverenliyi
İsrailin 70 illik Babil əsirlikini, Allahın intizam məqsədini və bərpa vədini araşdırın.
Ruhani İnkişaf
Allah biliyində böyüməyin dərin əhəmiyyətini kəşf edin. Onun Kəlamı və şəxsi təcrübə vasitəsilə anlayışınızı…
Küfr
Əhdi-Ətiq dönükləri Qabil, Balam və Koranın hekayələrini araşdırın. Onların imansızlığından dərslər öyrənin…

Allahın Suverenliyi
Həyatın sınaqlarında Allahın hökmranlığını və lütfünü kəşf edin. Onun varlığını qəbul etməyi, Onu gözləməyi…

Allahın Suverenliyi
İsrailin 70 illik Babil əsirlikini, Allahın intizam məqsədini və bərpa vədini araşdırın.

Ruhani İnkişaf
Allah biliyində böyüməyin dərin əhəmiyyətini kəşf edin. Onun Kəlamı və şəxsi təcrübə vasitəsilə anlayışınızı…
Şagirdlik
İsa Peterə özünü Yəhya ilə müqayisə etməməsini söyləyir. Özünüzü başqaları ilə müqayisə etməyi dayandırın və…
Günah
Ürəyin və günahın onun ruhani xəstəliyi kimi Müqəddəs Kitab mənasını araşdırın. Allahın baxış bucağını…