31 iyl 2024
Gündəlik İşıq, 1 avqust: Bundan bilirik ki, biz Allahdayıq
Gündəlik İşıq
Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.
Efesli̇lərə 2:8
İman olmadan Allahı razı salmaq qeyri-mümkündür.
İbrani̇lərə 11:6
Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib.
Yəhya 3:18
Kömək et ki, imansızlığım yox olsun!
Mark 9:24
Lakin kim Onun sözünə riayət edirsə, Allah məhəbbəti onda, həqiqətən, kamilliyə çatıb. Bundan bilirik ki, biz Allahdayıq.
1 Yəhya 2:5
əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan imandır.
Qalati̇yalilara 5:6
əməlsiz imanın puç olduğuna sübut istəyirsənmi?
Yaqub 2:20
Gözlə görünənə deyil, imana görə həyat sürürük.
2 Kori̇nfli̇lərə 5:7
Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.
Qalati̇yalilara 2:20
Siz İsa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz. Çünki imanınızın nəticəsində canınızın xilasına nail olursunuz.
1 Peter 1:8–9
Çünki Rəbb çox rəhmli və mərhəmətlidir.
Yaqub 5:11
Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir.
Zəbur 103:13
Rəbb lütfkar və rəhmlidir ... Öz əhdini əbədi olaraq yadda saxlayır.
Zəbur 111:4–5
Səni qoruyan yatmaz. Bax İsraili qoruyan yuxulamaz, Yatıb qalmaz.
Zəbur 121:3–4
Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi.
Qanunun Təkrari 32:11–12
Çünki mərhəməti tükənməzdir. Hər səhər bunlar təzələnir, Sənin sədaqətin böyükdür.
Mərsi̇yələr 3:22–23
İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi.
Matta 14:14
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
İbrani̇lərə 13:8
Sizin başınızdakı saçlar belə, sayılıb. İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. Ona görə də qorxmayın.
Matta 10:30, 29, 31
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax30 iyl 2024
Kolosseli̇lərə 3:1 · Süleymanin Məsəlləri̇ 4:5
29 iyl 2024
Yeşaya 64:1 · Nəğmələr Nəğməsi̇ 8:14
28 iyl 2024
Efesli̇lərə 5:2 · Yəhya 13:34
27 iyl 2024
2 Kori̇nfli̇lərə 4:4 · Yeşaya 40:5
26 iyl 2024
İbrani̇lərə 11:8 · Zəbur 47:4
25 iyl 2024
1 Yəhya 3:14 · Yəhya 5:24
