28 iyl 2024
Gündəlik İşıq, 29 iyul: Ya Rəbb, kaş göyləri yarıb enəydin
Gündəlik İşıq
Ya Rəbb, kaş göyləri yarıb enəydin.
Yeşaya 64:1
Ey sevgilim, qaç, Ətir saçan dağların üstündə, Bir ahu, bir maral balası kimi ol.
Nəğmələr Nəğməsi̇ 8:14
Yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik.
Romalilara 8:23
Ya Rəbb, göyləri yar, aşağı en, Dağlara toxun, qoy tüstülənsin.
Zəbur 144:5
Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq.
Həvari̇ləri̇n İşləri̇ 1:11
Eləcə də Məsih bir çoxlarının günahını Öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək.
İbrani̇lərə 9:28
O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə Sevinib şadlanaq!»
Yeşaya 25:9
Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!
Vəhy 22:20
Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək.
Ti̇tə 2:13
Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik.
Fi̇li̇pi̇li̇lərə 3:20
Adından qorxanlara təyin etdiyin payı mənə verdin.
Zəbur 61:5
Sənə qarşı işlənən Heç bir silah işə yaramayacaq. Məhkəmədə səni təqsirləndirən Hər kəsi təqsirkar çıxaracaqsan. Rəbbə qulluq edənlərin irsi belədir. Onların salehliyi Məndən gəlir». Bunu Rəbb bəyan edir.
Yeşaya 54:17
Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər. Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər! Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz. Gənc aslanlar ac-yalavac qaldılar, Lakin Rəbbi axtaranlar Heç bir yaxşı şeydən korluq çəkməzlər.
Zəbur 34:7–10
Qismətimə gözəl yerlər düşdü, Bəli, mənə nemət nəsib oldu.
Zəbur 16:6
Ancaq adıma hörmət edən sizlər üçün şüalarında şəfa olan salehlik günəşi doğacaq. Tövlədən buraxılan danalar kimi oynayacaqsınız.
Malaki̇ 4:2
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Romalilara 8:32
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax27 iyl 2024
2 Kori̇nfli̇lərə 4:4 · Yeşaya 40:5
26 iyl 2024
İbrani̇lərə 11:8 · Zəbur 47:4
25 iyl 2024
1 Yəhya 3:14 · Yəhya 5:24
24 iyl 2024
Romalilara 12:12 · Bi̇ri̇nci̇ Şamuel 3:18
23 iyl 2024
1 Kori̇nfli̇lərə 15:24 · Mark 13:32–33
22 iyl 2024
Romalilara 6:10 · Yeşaya 53:12
