«Üzümsıxanda üzümü tək sıxdım, Yanımda xalqlardan heç kim olmadı. Qəzəb içində onları tapdaladım, Qeyzlə təpiyimin altına saldım. Qanları geyimlərimə sıçradı, Bütün libaslarımı bulaşdırdım.
YEŞAYA 63:3
Gündəlik İşıq

«Üzümsıxanda üzümü tək sıxdım, Yanımda xalqlardan heç kim olmadı. Qəzəb içində onları tapdaladım, Qeyzlə təpiyimin altına saldım. Qanları geyimlərimə sıçradı, Bütün libaslarımı bulaşdırdım.
YEŞAYA 63:3
Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəhmli və alqışlara layiq, Möcüzələr yaradan Sənin kimisi varmı?
ÇIXIŞ 15:11
Rəbb gördü ki, heç kim yoxdur, Havadarın olmadığına görə O mat qaldı. Onda Onun qolu Ona zəfər gətirdi, Salehliyi Ona dayaq oldu.
YEŞAYA 59:16
O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız.
1 PETER 2:24
Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!»
QALATİYALILARA 3:13
Rəbbə yeni bir ilahi oxuyun, Çünki O, xariqələr yaratdı. O, sağ əli ilə, Öz müqəddəs qolu ilə zəfərlər qazandı.
ZƏBUR 98:1
Allah başçıları və hakimləri tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi.
KOLOSSELİLƏRƏ 2:15
O çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq, Mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq, Onların şər əməllərinin yükünü üzərinə götürəcək.
YEŞAYA 53:11
Düşmənləri Qişon çayı apardı, Qişon çayı coşub-daşandı. Ey canım, sən qüvvətlə irəli get!
HAKİMLƏR 5:21
Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.
ROMALILARA 8:37
Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə Ona qalib gəldilər. Hətta ölümlə üzbəüz olanda da Öz canlarını sevmədilər.
VƏHY 12:11
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
1 avq 2024
Ephesians 2:8
31 iyl 2024
2 Timothy 2:3
30 iyl 2024
Colossians 3:1
29 iyl 2024
Isaiah 64:1
28 iyl 2024
Ephesians 5:2
27 iyl 2024
2 Corinthians 4:4
26 iyl 2024
Hebrews 11:8
Qurtuluş
Allahın Quzusunun bütün ehtiyaclar üçün kifayət edən dərin təsirini araşdırın. Quzunun tək bir oğlandan…
Kəffarə
Bir yəhudi adam ənənəvi yəhudilikdən İsa Məsihin qanı vasitəsilə əsl kəffarə tapmağa qədər olan səyahətini…

Günah
Məsihçilər günah edəndə, onların Allahla münasibətləri təhlükəsizdir, lakin ünsiyyət pozulur. Etiraf və özünü…
Günah
Məsihçilər günah edəndə, onların Allahla münasibətləri təhlükəsizdir, lakin ünsiyyət pozulur. Etiraf və özünü…
Allahın Sevgisi
İsa Məsihin günahlarınız üçün çarmıxda verdiyi qurban vasitəsilə nümayiş etdirilən Allahın dərin sevgisini…
Qurtuluş
İsa Məsihin qanının ölümdən və hökmdən necə qurtuluş təmin etdiyini öyrənin. Allah Oğluna sığınan hər kəsə…
Günah
Y2K səhvinin potensial təsirini araşdırın və daha böyük bir problemi: günahı kəşf edin. Əbədi sülh üçün…