3 avq 2024
Gündəlik İşıq, 4 avqust: Ey Allah, fəryadımı eşit, Duamı dinlə
Gündəlik İşıq
Sonra «tamam oldu» dedi və başını əyib ruhunu tapşırdı.
Yəhya 19:30
Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək.
İbrani̇lərə 12:2
Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim.
Yəhya 17:4
Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq. Hər bir kahin hər gün xidmətini icra edərək əsla günahları aradan qaldıra bilməyən eyni qurbanları dəfələrlə təqdim edir. Amma Məsih günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Allahın sağında oturdu. O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir. Çünki O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi.
İbrani̇lərə 10:10–14
Tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü.
Kolosseli̇lərə 2:14
Çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım. Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var.
Yəhya 10:17–18
Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz.
Yəhya 15:13
O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı.
Zəbur 18:16
O məni çamırlı quyudan, Lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi, Hər addımımı möhkəm etdi.
Zəbur 40:2
Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz. Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin ... Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük.
Efesli̇lərə 2:1–3
Ey Allah, fəryadımı eşit, Duamı dinlə. Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram.
Zəbur 61:1–2
Ölülər diyarının bağrından fəryad etdim, Sən mənim səsimi eşitdin. Sən məni dərinə, dənizin qoynuna atdın, Məni sellər sarıdı, Sənin bütün ləpələrin və dalğaların Üstümdən keçdi.
Yunus 2:2–3
Oda düşdük, suya düşdük, Axırda bizi Sən bolluğa çıxartdın.
Zəbur 66:12
Dərin sulardan keçsən belə, Mən səninlə olacağam, Çaylardan keçəndə batmayacaqsan.
Yeşaya 43:2
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax2 avq 2024
Vəhy 13:8 · Çixiş 12:5–7
1 avq 2024
Efesli̇lərə 2:8 · İbrani̇lərə 11:6
31 iyl 2024
2 Ti̇moteyə 2:3 · Yeşaya 55:4
30 iyl 2024
Kolosseli̇lərə 3:1 · Süleymanin Məsəlləri̇ 4:5
29 iyl 2024
Yeşaya 64:1 · Nəğmələr Nəğməsi̇ 8:14
28 iyl 2024
Efesli̇lərə 5:2 · Yəhya 13:34
