İşıq məskəninə gedən yol haradadır? Qaranlığın yeri haradadır?
ƏYYUB 38:19
Gündəlik İşıq

İşıq məskəninə gedən yol haradadır? Qaranlığın yeri haradadır?
ƏYYUB 38:19
Məsihdən eşitdiyimiz və sizə elan etdiyimiz xəbər budur: Allah nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur.
1 YƏHYA 1:5
Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm».
YƏHYA 9:5
Əgər biz «Allahla şərikliyimiz var» dediyimiz halda qaranlıqda gəziriksə, demək, yalan danışırıq və həqiqətə əməl etmirik. Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir.
1 YƏHYA 1:6-7
müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edəsiniz. O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü. Oğlunda satınalınmaya – günahlarımızın bağışlanmasına malikik.
KOLOSSELİLƏRƏ 1:12-14
Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq.
1 SALONİKLİLƏRƏ 5:5
Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz.
MATTA 5:14
Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
MATTA 5:16
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
10 avq 2024
John 17:15
9 avq 2024
Song of Solomon 4:7
8 avq 2024
Proverbs 4:18
7 avq 2024
John 14:26
6 avq 2024
Proverbs 3:12
5 avq 2024
Romans 6:4
4 avq 2024
John 19:30
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…

Ruhani İnkişaf
Çətin bir dağ dırmaşmasının xristian gəzintisini necə təsvir etdiyini kəşf edin. Allahla iman səyahətinizdə…
İkinci Gəliş
'İş bitdi' ifadəsi Məsihin ilk gəlişini və bu dövrün sonunu bildirir. Bu gün Allahın işini görərək İsanın…
Təmizlənmə
Fiziki yuyunma analogiyasından istifadə edərək, bu məqalə İsa Məsih vasitəsilə günahdan ruhani təmizlənmənin…
Namaz
Uşaqlarınızın ruhani səyahətinə rəhbərlik etmək üçün 31 günlük dua nöqtələrini kəşf edin. Onların qurtuluşu…
Namaz
Həqiqi xristian duasının mahiyyətini Allahdan asılılıq və ona inamın ifadəsi kimi araşdırın.