8 avq 2024
Gündəlik İşıq, 9 avqust: Təpədən dırnağa qədər gözəlsən
Gündəlik İşıq
Təpədən dırnağa qədər gözəlsən, Yarım, tamamilə eyibsizsən.
Nəğmələr Nəğməsi̇ 4:7
Xoralar başınızı tamamilə bürüyüb, Ürəyiniz azara düşüb. Təpədən dırnağacan bədəniniz xəstədir, Bir sağlam yeriniz yoxdur: Yaralarınız, zədələriniz, Yenə də vurulmuş yaralarınız Təmizlənməmiş, sarılmamış, Məlhəmlə yumşaldılmamışdır.
Yeşaya 1:5–6
Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir.
Yeşaya 64:6
Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır.
Romalilara 7:18
Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız.
1 Kori̇nfli̇lərə 6:11
Bu şah qızı sarayına cah-calalla gətirilir.
Zəbur 45:13
Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir.
Yezekel 16:14
Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et.
Zəbur 90:17
Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar.
Vəhy 7:14
Qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın.
Efesli̇lərə 5:27
Siz də Onda tamamlanmısınız.
Kolosseli̇lərə 2:10
Su saxlamayan çatlı hovuzlar düzəltdilər.
Yeremya 2:13
Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım».
Yaradiliş 4:1
Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq. Rəbb onları oradan bütün yer üzünə yaydı.
Yaradiliş 11:4, 8
Lut özünə İordan çayının kənarındakı düzənliyi seçdi. ... O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. ... Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı çoxlu günah edirdi.
Yaradiliş 13:11, 10, 13
Sonra ürəyimdə niyyət etdim ki, hikmətin nə olduğunu, dəlilik və axmaqlığın nə olduğunu öyrənim. Amma bildim ki, bu da külək dalınca qaçmağa bənzər. Çünki hikmət çox olduqca Kədər də çoxalır. Bilik artdıqca Dərd də artır.
Vai̇z 1:17–18
Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım, Özümə qızıl-gümüş ... Mən etdiyim bütün işlərə ... hər şey puçdur, Külək dalınca qaçmağa bənzər.
Vai̇z 2:4, 8, 11
Kim susayıbsa, yanıma gəlib içsin.
Yəhya 7:37
Çünki O, susuzlara doyunca su verər, Acları bol nemətlərlə bəslər.
Zəbur 107:9
Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün.
Kolosseli̇lərə 3:2
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax7 avq 2024
Yəhya 14:26 · Yəhya 4:10
6 avq 2024
Süleymanin Məsəlləri̇ 3:12 · Qanunun Təkrari 32:39
5 avq 2024
Romalilara 6:4 · Romalilara 6:19
4 avq 2024
Yəhya 19:30 · İbrani̇lərə 12:2
3 avq 2024
Luka 1:50 · Zəbur 31:19–20
2 avq 2024
Vəhy 13:8 · Çixiş 12:5–7
