İsa cavab verdi: «Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil».
YƏHYA 18:36
Gündəlik İşıq

İsa cavab verdi: «Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil».
YƏHYA 18:36
Amma Məsih günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Allahın sağında oturdu. O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir.
İBRANİLƏRƏ 10:12-13
İsa da ona dedi: «Sənin dediyin kimidir. Hətta sizə deyirəm: bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz».
MATTA 26:64
Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir.
1 KORİNFLİLƏRƏ 15:25
Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
1 KORİNFLİLƏRƏ 15:57
Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət göstərdi ki, Onu ölülər arasından dirildib səmada Öz sağında oturtdu və hər başçı, hakim, qüvvə və ağadan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan Onu çox yüksəltdi. Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Bütövləşdirənin bütövlüyüdür.
EFESLİLƏRƏ 1:20-23
Allah Onu Öz vaxtında zahir edəcək. O, bəxtiyarlıq mənbəyi olan tək Hökmdar, şahların Şahı və ağaların Ağasıdır.
1 TİMOTEYƏ 6:15
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
22 noy 2024
Jude 20
21 noy 2024
John 6:37
20 noy 2024
Micah 7:8
19 noy 2024
Matthew 7:20
18 noy 2024
Isaiah 27:8
17 noy 2024
Psalms 92:5
16 noy 2024
John 17:17

Şagirdlik
Bu mesaj İsanın su üzərində gəzməsindən dərslər çıxararaq şagirdliyin çətin səyahətini araşdırır.
Allahın Mərhəməti
Allahın mərhəmətinin və lütfünün çətinlikdə olan hər bir mömin üçün necə əlçatan olduğunu kəşf edin. Bütün…
Məsəllər
İsanın Matta 13-dəki Buğda və Alaq Otları məsəlini araşdırın. Onun mənasını, tarixi bütövlüyünü və bu gün…
Namaz
Cənab Haydın şəfaət təcrübəsindən öyrənin. Başqaları üçün Allaha tərif etməyin necə ruhani güc və…
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…

Şagirdlik
Bu mesaj İsanın su üzərində gəzməsindən dərslər çıxararaq şagirdliyin çətin səyahətini araşdırır.
Cəsarət
İsanın "Cəsarətli olun" sözlərinin bağışlanma, şəfa, fırtınaları dəf etmək və xidmət üçün necə güc verdiyini…