Allah istəyən tərzdə olan kədər insanda tövbə yaradıb onu xilasa aparır və bunda peşmançılıq yoxdur. Dünyanın kədəri isə ölüm yaradır.
2 KORİNFLİLƏRƏ 7:10
Gündəlik İşıq

Allah istəyən tərzdə olan kədər insanda tövbə yaradıb onu xilasa aparır və bunda peşmançılıq yoxdur. Dünyanın kədəri isə ölüm yaradır.
2 KORİNFLİLƏRƏ 7:10
Axitofel görəndə ki işlər onun məsləhətinə görə edilməyib, eşşəyinin üstünə palan vuraraq yola çıxdı və öz şəhərinə, öz evinə getdi. Ev işlərini nizama salandan sonra özünü asıb öldürdü və onu atasının qəbri yanında basdırdılar.
İKİNCİ ŞAMUEL 17:23
Xəstənin ürəyi bütün ağrıları çəkər. Amma ürəyi sınıqdırsa, buna necə dözər?
SÜLEYMANIN MƏSƏLLƏRİ 18:14
Məgər Gileadda məlhəm yoxdur? Orada həkim yoxdur? Əgər varsa, Əziz xalqıma nə üçün şəfa verilmədi?
YEREMYA 8:22
Xudavənd Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq, Dustaqlara sərbəstlik elan etmək üçün, Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, Yaslıların hamısına təsəlli vermək üçün, Sionda yas tutanları təmin etmək, Kül yerinə çələng, Yas yerinə sevinc gətirən məsh yağı, Kədərli ruh əvəzinə Həmd libasını bəxş etmək üçün Rəbb məni göndərdi. Rəbbin şöhrətini aşkar etmək üçün Onlara Rəbbin əkdiyi salehlik palıdları deyiləcək.
YEŞAYA 61:1-3
Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. Çünki mənim boyunduruğum rahat və yüküm yüngüldür».
MATTA 11:28-30
Bundan sonra Filip sözə başlayıb danışdı və Müqəddəs Yazıların bu hissəsindən başlayıb İsa barədə olan Müjdəni bəyan etdi.
HƏVARİLƏRİN İŞLƏRİ 8:35
O, sınıq qəlblərə şəfa verər, Yaralarını sarıyar.
ZƏBUR 147:3
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
25 noy 2024
Romans 6:18
24 noy 2024
Luke 8:21
23 noy 2024
Proverbs 1:33
22 noy 2024
Jude 20
21 noy 2024
John 6:37
20 noy 2024
Micah 7:8
19 noy 2024
Matthew 7:20

İsa Məsih
İsa Məsih haqqında həqiqi həqiqəti araşdırın: Onun möcüzəvi doğulmasından və qədim peyğəmbərliklərdən tutmuş…
Qurtuluş
Həyat və ölümə, ölüm qorxusuna və İsa Məsihə iman vasitəsilə əbədi həyatda tapılan sülhə dair Müqəddəs Kitab…
Allahın izzəti
Rəbdə həqiqi izzət və zövq tapın, dünyəvi müdriklikdə, qüdrətdə və ya var-dövlətdə deyil. Yalnız Allahın…
İstirahət
İsa yorğunları günahın yükündən rahatlıq tapmağa dəvət edir. Onun asan boyunduruğunu götürün, ondan öyrənin…
Dünya dinləri
Karma ilə Allahın İsa Məsih vasitəsilə lütfü (krupa) arasındakı fərqi araşdırın. Məsihin karma zəncirlərini…
Evlilik
Sevgi, sevinc və sülh kimi Ruhun doqquzqat meyvəsinin evliliyinizi necə gücləndirə biləcəyini araşdırın.

İsa Məsih
İsa Məsih haqqında həqiqi həqiqəti araşdırın: Onun möcüzəvi doğulmasından və qədim peyğəmbərliklərdən tutmuş…

Qurtuluş
Həyat və ölümə, ölüm qorxusuna və İsa Məsihə iman vasitəsilə əbədi həyatda tapılan sülhə dair Müqəddəs Kitab…

Allahın izzəti
Rəbdə həqiqi izzət və zövq tapın, dünyəvi müdriklikdə, qüdrətdə və ya var-dövlətdə deyil. Yalnız Allahın…