Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı.
EFESLİLƏRƏ 2:14
Gündəlik İşıq

Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı.
EFESLİLƏRƏ 2:14
Belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi. Barışdırma sözünü də bizə əmanət etdi.
2 KORİNFLİLƏRƏ 5:19
Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.
2 KORİNFLİLƏRƏ 5:21
və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu. Etdiyiniz pis əməllərə görə bir zamanlar düşüncələrinizdə Allaha yad və düşmən idiniz. İndi isə Məsih cismən ölməklə Öz bədəni vasitəsilə sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqəddəs, ləkəsiz və nöqsansız təqdim etsin.
KOLOSSELİLƏRƏ 1:20-22
tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü.
KOLOSSELİLƏRƏ 2:14
Qanunu əmrləri və qaydaları ilə birlikdə ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yaradaraq barışıq təmin etsin
EFESLİLƏRƏ 2:15
Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın.
YƏHYA 14:27
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
26 dek 2024
1 Corinthians 15:58
25 dek 2024
Titus 3:4
24 dek 2024
Romans 8:13
23 dek 2024
Isaiah 27:5
22 dek 2024
1 Thessalonians 1:3
21 dek 2024
Isaiah 60:20
20 dek 2024
Ephesians 1:4
Bağışlanma
Xristianlar həyatın zamana aid aspektlərini keçmiş üçün bağışlanma, indiki zaman üçün ehtiras və gələcək üçün…

Qurtuluş
Allahın böyük xilasını araşdırın, bu xilas Məsihin qurbanlığı ilə qurulan yeni yaradılışla nəticələnir.
Əzab
Allah imanımızı əzab sobasında təmizləyir və sınaqdan keçirir. O, çirkabı yandırır, bizi səmavi qazanc üçün…
Allahın Suverenliyi
İsrailin 70 illik Babil əsirlikini, Allahın intizam məqsədini və bərpa vədini araşdırın.
Ölüm
Ölümdən sonra həyat, mühakimə və əbədilik haqqında Müqəddəs Kitabın nəyi açdığını araşdırın. İsa Məsihə iman…

Qurtuluş
Allahın böyük xilasını araşdırın, bu xilas Məsihin qurbanlığı ilə qurulan yeni yaradılışla nəticələnir.

Əzab
Allah imanımızı əzab sobasında təmizləyir və sınaqdan keçirir. O, çirkabı yandırır, bizi səmavi qazanc üçün…

Allahın Suverenliyi
İsrailin 70 illik Babil əsirlikini, Allahın intizam məqsədini və bərpa vədini araşdırın.
Həvəsləndirmə
Xristianların müharibə və sıxıntı arasında belə İsa Məsihdə necə sülh və sevinc tapa biləcəyini kəşf edin…