24 dek 2024
Gündəlik İşıq, 25 dekabr: Ona şükür edin, İsminə alqış söyləyin
Gündəlik İşıq
Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman.
Ti̇tə 3:4
Səni əbədi bir məhəbbətlə sevdim, Buna görə də sevgi ilə Səni Özümə tərəf çəkdim.
Yeremya 31:3
Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.
1 Yəhya 4:9–10
Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki, Qanun altında olanları satın alsın və biz övladlığa götürülək.
Qalati̇yalilara 4:4–5
Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.
Yəhya 1:14
Möminliyin sirri böyükdür: O, cismən zühur etdi, Ruh tərəfindən təsdiq olundu.
1 Ti̇moteyə 3:16
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin.
İbrani̇lərə 2:14
Allahın sözlə ifadə oluna bilməyən bəxşişinə görə Ona şükür olsun!
2 Kori̇nfli̇lərə 9:15
Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin, Sevinclə Rəbbə qulluq edin, Mədh oxuyaraq Onun hüzuruna gəlin! Dərgahına şükürlərlə, Həyətlərinə həmdlərlə gəlin. Ona şükür edin, İsminə alqış söyləyin.
Zəbur 100:1–2, 4
Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq.
Yeşaya 9:6–7
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Romalilara 8:32
Yanında ancaq bir nəfər qalmışdı ki, bu da onun sevimli oğlu idi.
Mark 12:6
Rəbbə şükür etsinlər məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
Zəbur 107:21
Rəbbə alqış et, ey könlüm, Ey bütün varlığım, Onun müqəddəs adına alqış et!
Zəbur 103:1
Məryəm isə dedi: «Qəlbim Rəbbi ucaldır, Ruhum Xilaskarım Allaha görə şadlanır.
Luka 1:46–47
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax23 dek 2024
Yeşaya 27:5 · Yeremya 29:11
22 dek 2024
1 Saloni̇kli̇lərə 1:3 · Yəhya 6:29
21 dek 2024
Yeşaya 60:20 · Yəhya 16:33
20 dek 2024
Efesli̇lərə 1:4 · 2 Saloni̇kli̇lərə 2:13
19 dek 2024
Zəbur 112:4 · Yeşaya 50:10
18 dek 2024
İbrani̇lərə 4:16 · Fi̇li̇pi̇li̇lərə 4:6–7
