18 dek 2024
Gündəlik İşıq, 19 dekabr: Zülmətdə belə (Zəbur 112:4)
Gündəlik İşıq
Zülmətdə belə, əməlisaleh insanlar üçün, Lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar.
Zəbur 112:4
Aranızda Rəbdən qorxan, Qulunun sözünə qulaq asan varmı? Qaranlıqda gəzən, nurdan məhrum olan Rəbbin adına güvənsin, Allahına arxalansın.
Yeşaya 50:10
Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar.
Zəbur 37:24
Bu əmr çıraqdır, bu təlim nurdur.
Süleymanin Məsəlləri̇ 6:23
Halıma sevinmə, ey düşmənim! Mən yıxılsam da, qalxacağam. Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq! Mənə bəraət qazandırıb Hökmünü icra edənə qədər Rəbbin qəzəbinə dözəcəyəm, Çünki Ona qarşı günah işlətdim. O sonra məni işığa çıxaracaq, Onun salehliyini görəcəyəm.
Mi̇keya 7:8–9
Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür!
Matta 6:22–23
O Öz sürüsünü çoban kimi otaracaq, Quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, Sağmal heyvanların qayğısını çəkib otaracaq.
Yeşaya 40:11
Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən düşməsinlər.
Matta 15:32
Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə.
İbrani̇lərə 4:15
Adamlar uşaqları İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun ... Sonra uşaqları qucaqlayıb əllərini onların üzərinə qoydu və xeyir-dua verdi.
Mark 10:13, 16
İtən quzu kimi azmışam, qulunu axtar.
Zəbur 119:176
Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir.
Luka 19:10
Hamınız qoyun kimi yolunuzu azmışdınız, indi isə canınızın Çobanına və Nəzarətçisinə tərəf döndünüz.
1 Peter 2:25
Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü.
Luka 12:32
Sürümü Mən Özüm otaracağam, onları Mən Özüm yatıracağam” Xudavənd Rəbb belə bəyan edir.
Yezekel 34:15
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax17 dek 2024
Zəbur 80:18 · Yəhya 6:63
16 dek 2024
Yəhya 13:1 · Yəhya 17:9–10
15 dek 2024
Qalati̇yalilara 6:2 · Fi̇li̇pi̇li̇lərə 2:4–5
14 dek 2024
Zəbur 66:2 · Yeşaya 43:21
13 dek 2024
2 Ti̇moteyə 2:1 · Kolosseli̇lərə 1:11
12 dek 2024
Sefanya 3:15 · Yeşaya 41:10
