11 dek 2024
Gündəlik İşıq, 12 dekabr: İsrailin padşahı Rəbb səninlədir
Gündəlik İşıq
İsrailin padşahı Rəbb səninlədir.
Sefanya 3:15
Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam.
Yeşaya 41:10
Zəif əllərə qüvvət verin, Əsən dizləri möhkəmləndirin. Ürəklərində qorxanlara deyin: «Möhkəm olun, qorxmayın! Budur, Allahınız İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!»
Yeşaya 35:3–4
Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir! O sənin üçün sevinib şadlanacaq, Səni məhəbbəti ilə yeniləşdirəcək, Sənin üçün tərənnümlə coşacaq!
Sefanya 3:17
Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol!
Zəbur 27:14
Taxtdan belə deyən uca bir səs eşitdim: Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq. Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq.
Vəhy 21:3–4
Nə üçün Mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər.
Çixiş 14:15
Möhkəm ol. Gəl xalqımız naminə və Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin.
Bi̇ri̇nci̇ Salnamələr 19:13
Lakin biz Allahımıza dua etdik və divarın üstündə onların hədə-qorxusu qarşısında gecə-gündüz gözətçilər qoyduq.
Nehemya 4:9
Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək.
Matta 7:21
Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu.
Yəhya 7:17
Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək.
Huşə 6:3
Oyaq durub dua edin ki, sınağa düşməyəsiniz.
Matta 26:41
Ayıq olun, imanda sabit durun, mərd və möhkəm olun.
1 Kori̇nfli̇lərə 16:13
Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin.
Romalilara 12:11
Zəif əllərə qüvvət verin, Əsən dizləri möhkəmləndirin. Ürəklərində qorxanlara deyin: Möhkəm olun, qorxmayın! Budur.
Yeşaya 35:3–4
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax10 dek 2024
Yəhya 10:29 · 2 Ti̇moteyə 1:12
9 dek 2024
Süleymanin Məsəlləri̇ 21:3 · Mi̇keya 6:8
8 dek 2024
Qalati̇yalilara 5:13 · Qalati̇yalilara 6:1–2
7 dek 2024
2 Kori̇nfli̇lərə 5:21 · Yeşaya 53:6
6 dek 2024
Fi̇li̇pi̇li̇lərə 2:13 · 2 Kori̇nfli̇lərə 3:5
5 dek 2024
Zəbur 119:71 · İbrani̇lərə 5:8
