6 dek 2024
Gündəlik İşıq, 7 dekabr: Onun yaraları ilə siz şəfa tapdınız
Gündəlik İşıq
Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.
2 Kori̇nfli̇lərə 5:21
Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu.
Yeşaya 53:6
O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız.
1 Peter 2:24
Necə ki bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir Adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq.
Romalilara 5:19
Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki, Onun lütfü ilə saleh sayılıb ümidimiz olan əbədi həyatın varisi olaq.
Ti̇tə 3:4–7
Deməli, indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur.
Romalilara 8:1
Onu “Rəbb salehliyimizdir” çağıracaqlar.
Yeremya 23:6
Mən İsrailə bir şeh olacağam.
Huşə 14:5
Lakin sizdən uzaq ikən cürətli olan mən Paul Məsihdən gələn həlimlik və mülayimliklə sizdən xahiş edir.
2 Kori̇nfli̇lərə 10:1
Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək.
Yeşaya 42:3
«Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə Müjdəni bildirmək üçün O Məni məsh etdi. Əsirlərə azadlıq, Korlara gözlərinin açılmasını elan etmək üçün, Məzlumları sərbəstliyə buraxmaq üçün, Rəbbin lütf ilini bəyan etmək üçün Məni göndərdi». İsa onlara «eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi» deyə danışmağa başladı. Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi.
Luka 4:18–19, 21–22
Onda Rəbb dönüb Peterə baxdı. Peter Rəbbin «bu gün xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.
Luka 22:61–62
O Öz sürüsünü çoban kimi otaracaq, Quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, Sağmal heyvanların qayğısını çəkib otaracaq.
Yeşaya 40:11
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax5 dek 2024
Zəbur 119:71 · İbrani̇lərə 5:8
4 dek 2024
Əyyub 28:12 · Yaqub 1:5–6
3 dek 2024
Əyyub 5:8 · Yaradiliş 18:14
2 dek 2024
1 Yəhya 2:20 · Həvari̇ləri̇n İşləri̇ 10:38
1 dek 2024
Yeşaya 32:2 · İbrani̇lərə 2:14
30 noy 2024
Vəhy 1:4 · Fi̇li̇pi̇li̇lərə 4:7
