Həyatımdan bezmişəm, Uzun ömür istəmirəm. Məndən əlini çək, Ömrümün mənası getdi.
ƏYYUB 7:16
Gündəlik İşıq

Həyatımdan bezmişəm, Uzun ömür istəmirəm. Məndən əlini çək, Ömrümün mənası getdi.
ƏYYUB 7:16
Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım.
ZƏBUR 55:6
Bu sərt yellərdən, qasırğalardan Daldalanmaq üçün tez bir yerə gedəydim».
ZƏBUR 55:8
İndi isə səmavi məskənimiz üstümüzü örtsün deyə həsrət çəkərək inləyirik.
2 KORİNFLİLƏRƏ 5:2
Bu dünyəvi çadırda ikən hamımız ağır yük altında inləyirik. Çünki soyunmamızı deyil, üstümüzün örtülməsini istəyirik ki, həyat fani şeyləri yeyib-udsun.
2 KORİNFLİLƏRƏ 5:4
Hər iki tərəfdən yolum kəsilib. Arzum buranı tərk edib Məsihlə olmaqdır, çünki bu lap yaxşıdır.
FİLİPİLİLƏRƏ 1:23
Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu. Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz.
İBRANİLƏRƏ 12:1-3
Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın.
YƏHYA 14:27
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
3 dek 2024
Job 5:8
2 dek 2024
1 John 2:20
1 dek 2024
Isaiah 32:2
30 noy 2024
Revelation 1:4
29 noy 2024
Psalms 65:4
28 noy 2024
James 2:26
27 noy 2024
John 17:22

Namaz
Bulud dörd əsas insan ehtiyacı üçün dua etdi: ruhani anlayış, layiqli həyat, dözümlülük və minnətdar ruh.
Əzab
Xristianların niyə əzab çəkdiyini, ilk günahdan ilahi islahata qədər kəşf edin. Eyub və Pavlusdan öyrənin ki…
Namaz
Uşaqlarınızın ruhani səyahətinə rəhbərlik etmək üçün 31 günlük dua nöqtələrini kəşf edin. Onların qurtuluşu…
Evlilik
Nişanlanma və evlilik öncəsi məsləhətlər üzrə Müqəddəs Kitab rəhbərliyi ilə Allaha hörmət edən bir xristian…
Həvəsləndirmə
Xristianların müharibə və sıxıntı arasında belə İsa Məsihdə necə sülh və sevinc tapa biləcəyini kəşf edin…

Namaz
Bulud dörd əsas insan ehtiyacı üçün dua etdi: ruhani anlayış, layiqli həyat, dözümlülük və minnətdar ruh.
Allahın vədləri
Allahın vədləri Məsihdə həmişə “Bəli”dir. İman edənlər Müqəddəs Yazılarda bu vədləri axtarmalı və onlar…