Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin.
İBRANİLƏRƏ 2:14-15
«Ey ölüm, qələbən hanı?
Ey ölüm, neştərin hanı?»
1 KORİNFLİLƏRƏ 15:55
Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
1 KORİNFLİLƏRƏ 15:57
Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir.
2 KORİNFLİLƏRƏ 4:16
Bilirik ki, sığındığımız bu dünyəvi çadır dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var.
2 KORİNFLİLƏRƏ 5:1
Buna görə həmişə arxayınlığımız var, həm də bilirik ki, bu bədəndə məskunlaşdıqca Rəbdən uzağıq. Gözlə görünənə deyil, imana görə həyat sürürük. Əlbəttə, arxayınlığımız var və bu bədəndən uzaqlaşıb Rəbbimizin yanında məskunlaşmağı üstün tuturuq.
2 KORİNFLİLƏRƏ 5:6-8
Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin. Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
YƏHYA 14:1-3