İsa onlara dedi: «İndi inanırsınızmı?
YƏHYA 16:31
Gündəlik İşıq

İsa onlara dedi: «İndi inanırsınızmı?
YƏHYA 16:31
Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının olduğunu bildirirsə, bunun xeyri nədir? Belə iman onu xilas edə bilərmi?
YAQUB 2:14
İman da elədir, əgər yaxşı əməlləri yoxdursa, özü-özlüyündə ölüdür.
YAQUB 2:17
İbrahim sınağa çəkildiyi vaxt iman vasitəsilə İshaqı qurban olaraq təqdim etdi. Vədlərə nail olmuş İbrahim bircə oğlunu qurban vermək niyyətində idi. Halbuki ona «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilmişdi. O, Allahı onu ölülər arasından diriltməyə qadir saydı. Buna görə də məcazi mənada İshaqı ölümdən geri aldı.
İBRANİLƏRƏ 11:17-19
Atamız İbrahim öz oğlu İshaqı qurbangahda Allaha təqdim edəndə əməllərlə saleh sayılmadımı?
YAQUB 2:21
Görürsünüz ki, insan yalnız imanla deyil, əməlləri ilə də saleh sayılır.
YAQUB 2:24
Lakin kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil, əməldə icraçıdır; belə adam öz işində nə bəxtiyardır!
YAQUB 1:25
Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız. Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək.
MATTA 7:20-21
Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız.
YƏHYA 13:17
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
28 noy 2024
James 2:26
27 noy 2024
John 17:22
26 noy 2024
Isaiah 62:4
25 noy 2024
Romans 6:18
24 noy 2024
Luke 8:21
23 noy 2024
Proverbs 1:33
22 noy 2024
Jude 20
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…
Ağıl
Düşüncələrinizi idarə etməyin xristian həyatı üçün niyə vacib olduğunu kəşf edin. Təmiz, Məsihə bənzər bir…

Müqəddəs Kitab Öyrənməsi
Müqəddəs Kitabı hər gün oxumaq və öyrənmək üçün effektiv metodları kəşf edin. Ruhunuzu qidalandırın…
Kultlar
Təriqətlərin üç müəyyənedici xüsusiyyətini kəşf edin: onların səlahiyyət mənbəyi, doktrinal inkişafı və yalan…
Təkliflər
Bu şeir imanlıları Məsihin bizim xilasımız üçün çarmıxda çəkdiyi dərin qurbanı və əzablarını xatırlamağa…
Müqəddəs Kitab Öyrənməsi
Müqəddəs Kitabı hər gün oxumaq və öyrənmək üçün effektiv metodları kəşf edin. Ruhunuzu qidalandırın…

Kultlar
Təriqətlərin üç müəyyənedici xüsusiyyətini kəşf edin: onların səlahiyyət mənbəyi, doktrinal inkişafı və yalan…
İlahi Qayğı
İndi Allahın sirli yollarına güvən, çünki əbədiyyətin işığında hər şey aşkar olunacaq və anlaşılacaq. İman et…

Təkliflər
Bu şeir imanlıları Məsihin bizim xilasımız üçün çarmıxda çəkdiyi dərin qurbanı və əzablarını xatırlamağa…