4 dek 2024
Gündəlik İşıq, 5 dekabr: Çünki insan öz qüvvəsi ilə zəfər çalmır
Gündəlik İşıq
Çəkdiyim əzabın xeyri mənə bu olub: Sənin qaydalarını öyrənirəm.
Zəbur 119:71
O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi.
İbrani̇lərə 5:8
Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq. Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz.
Romalilara 8:17–18
Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram. Hər addımını yaxından izlədim, Azmadan yoluna bağlı qaldım.
Əyyub 23:10–11
Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, təkəbbürünüzü qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox. Bunu ürəkdən dərk edin ki, insan öz övladına necə tərbiyə verirsə, Allahınız Rəbb də sizə elə tərbiyə verir. Allahınız Rəbbin əmrlərinə riayət edib Onun yolları ilə gedin və Ondan qorxun.
Qanunun Təkrari 8:2, 5–6
Çünki insan öz qüvvəsi ilə zəfər çalmır.
Bi̇ri̇nci̇ Şamuel 2:9
Davud isə Filiştliyə dedi: «Sən mənim üstümə qılınc, nizə və mizraqla gəlirsən, lakin mən sənin üstünə söydüyün İsrail alaylarının Allahı Ordular Rəbbinin ismi ilə gəlirəm. Davud əl atıb dağarcığından bir daş götürdü ... Davud Filiştlini sapandla, daşla məğlub etdi və vurub yerə sərdi.
Bi̇ri̇nci̇ Şamuel 17:45, 49–50
Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz, Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz. Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar.
Zəbur 33:16, 18
Var-dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökmranlıq edirsən. Hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir.
Bi̇ri̇nci̇ Salnamələr 29:12
Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm. Ona görə də Məsih uğrunda zəifliklərə, təhqirlərə, ehtiyaclara, təqiblərə və sıxıntılara məmnuniyyətlə dözürəm, çünki mən zəifləyəndə qüvvətlənirəm.
2 Kori̇nfli̇lərə 12:9–10
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax3 dek 2024
Əyyub 5:8 · Yaradiliş 18:14
2 dek 2024
1 Yəhya 2:20 · Həvari̇ləri̇n İşləri̇ 10:38
1 dek 2024
Yeşaya 32:2 · İbrani̇lərə 2:14
30 noy 2024
Vəhy 1:4 · Fi̇li̇pi̇li̇lərə 4:7
29 noy 2024
Zəbur 65:4 · Zəbur 27:4
28 noy 2024
Yaqub 2:26 · Matta 7:21
