Torpaq gəldiyi yerə qayıtmamış, Həyat nəfəsi isə onu verən Allaha dönməmiş Səni Yaradanı xatırla».
VAİZ 12:7
Gündəlik İşıq

Torpaq gəldiyi yerə qayıtmamış, Həyat nəfəsi isə onu verən Allaha dönməmiş Səni Yaradanı xatırla».
VAİZ 12:7
Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz; əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir; əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var.
1 KORİNFLİLƏRƏ 15:42-44
İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı.
1 KORİNFLİLƏRƏ 15:47
Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, Çünki oradan götürülmüsən, Ona görə ki yerin torpağısan, Torpağa da qayıdacaqsan».
YARADILIŞ 3:19
Biri tamam güclü, Tamam rahat və qayğısız,
ƏYYUB 21:23
O biri isə dərd içində, Həyatdan kam almamış ölür. İkisi də torpaqda yatır, İkisinin də bədənini qurd basır.
ƏYYUB 21:25-26
Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur, Cismim əmin-amanlıqda yaşayır.
ZƏBUR 16:9
Dərim yox olandan sonra Bədən alıb Allahı görəcəyəm.
ƏYYUB 19:26
Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik. O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək.
FİLİPİLİLƏRƏ 3:20-21
«Ya Rəbb, mənə bildir, Aqibətim necə olacaq? Ömrümün günləri nə qədər qalıb? Qoy nə qədər fani olduğumu anlayım!
ZƏBUR 39:4
Bizə öyrət nə qədər ömrümüz var, Qoy qəlbimiz hikmətli olsun.
ZƏBUR 90:12
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
7 dek 2024
2 Corinthians 5:21
6 dek 2024
Philippians 2:13
5 dek 2024
Psalms 119:71
4 dek 2024
Job 28:12
3 dek 2024
Job 5:8
2 dek 2024
1 John 2:20
1 dek 2024
Isaiah 32:2

Ruhani İnkişaf
Məsihçilər insanlığa, günaha və Məsihə tabe olmağa xas mübarizələrlə üzləşirlər. Onların mənşəyini, onlara…
Pastoral Qayğı
Çobanlığın ruhani hədiyyəsini və ağsaqqalların Allahın sürüsünü bəsləmək və ona nəzarət etməkdəki həyati…
Ailə
Ailə münaqişələrini həll etmək üçün Müqəddəs Kitab texnikalarını öyrənin, hörmətə, qiymətləndirməyə və kin…
Əzab
Xristianların niyə əzab çəkdiyini, ilk günahdan ilahi islahata qədər kəşf edin. Eyub və Pavlusdan öyrənin ki…

Ruhani İnkişaf
Məsihçilər insanlığa, günaha və Məsihə tabe olmağa xas mübarizələrlə üzləşirlər. Onların mənşəyini, onlara…

Pastoral Qayğı
Çobanlığın ruhani hədiyyəsini və ağsaqqalların Allahın sürüsünü bəsləmək və ona nəzarət etməkdəki həyati…

Ailə
Ailə münaqişələrini həll etmək üçün Müqəddəs Kitab texnikalarını öyrənin, hörmətə, qiymətləndirməyə və kin…
Qeybət
Qeybət günahdırmı? Qeybət haqqında Müqəddəs Kitab təlimlərini və xristianların niyə ondan çəkinməli olduğunu…
İsa Məsih
İsanın təvazökar doğuşu və dülgər həyatı Onu bəşəriyyətin mübarizələri ilə eyniləşdirir. Öz təvazökar…