14 dek 2024
Gündəlik İşıq, 15 dekabr: Hamınız həmfikir olun
Gündəlik İşıq
Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin.
Qalati̇yalilara 6:2
Və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün. Məsih İsa necə düşündü, siz də elə düşünün. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu.
Fi̇li̇pi̇li̇lərə 2:4–5, 7
Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin.
Mark 10:45
O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
2 Kori̇nfli̇lərə 5:15
İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü. İsa ağladı.
Yəhya 11:33, 35
Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın.
Romalilara 12:15
Hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun. Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız.
1 Peter 3:8–9
Bu gün get üzüm bağımda işlə dedi.
Matta 21:28
Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən.
Qalati̇yalilara 4:7
Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın. Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz. Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha təslim edin.
Romalilara 6:11–13
İtaətkar uşaqlar kimi cahil ikən qapıldığınız əvvəlki ehtiraslara uymayın. Amma sizi çağıran Allah müqəddəs olduğuna uyğun olaraq siz də bütün həyat tərzinizdə müqəddəs olun.
1 Peter 1:14–15
Təqdis olunmuş, Sahibinə faydalı, hər yaxşı iş üçün hazırlanmış qab olacaq.
2 Ti̇moteyə 2:21
Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.
1 Kori̇nfli̇lərə 15:58
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax13 dek 2024
2 Ti̇moteyə 2:1 · Kolosseli̇lərə 1:11
12 dek 2024
Sefanya 3:15 · Yeşaya 41:10
11 dek 2024
Romalilara 14:16 · 1 Saloni̇kli̇lərə 5:22
10 dek 2024
Yəhya 10:29 · 2 Ti̇moteyə 1:12
9 dek 2024
Süleymanin Məsəlləri̇ 21:3 · Mi̇keya 6:8
8 dek 2024
Qalati̇yalilara 5:13 · Qalati̇yalilara 6:1–2
