Lakin, doğrudan da, Allah yerdə, insanların yanında yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə!
İKİNCİ SALNAMƏLƏR 6:18
Gündəlik İşıq

Lakin, doğrudan da, Allah yerdə, insanların yanında yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə!
İKİNCİ SALNAMƏLƏR 6:18
Ya Rəbb Allah, Sən yüksək yerlərə çıxıb məskən saldın, Əsir etdiyin düşmənləri Özünlə oraya apardın, Sən bütün insanlardan, Hətta üsyankarlardan da xərac aldın.
ZƏBUR 68:18
Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi: «Mən aralarında yaşayıb-dolanacağam, Onların Allahı olacağam, Onlar da Mənim xalqım olacaq».
2 KORİNFLİLƏRƏ 6:16
Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz,
1 KORİNFLİLƏRƏ 6:19
Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.
EFESLİLƏRƏ 2:22
Müqəddəs məkanım əbədi olaraq onların arasında yerləşəndə millətlər biləcək ki, İsraili təqdis edən Mən Rəbbəm”».
YEZEKEL 37:28
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
9 yan 2025
Psalms 60:4
8 yan 2025
Psalms 9:10
7 yan 2025
Nehemiah 5:19
6 yan 2025
Psalms 90:17
5 yan 2025
Hebrews 4:3
4 yan 2025
Deuteronomy 12:9
3 yan 2025
Psalms 107:7

Ruhani İnkişaf
Allah biliyində böyüməyin dərin əhəmiyyətini kəşf edin. Onun Kəlamı və şəxsi təcrübə vasitəsilə anlayışınızı…
Milad
Bu Miladda Məsihdə əsl mənsubiyyət, təhlükəsizlik və nikbinlik tapın. Dünyəvi evlər uğursuz ola bilər, lakin…

Ruhani İnkişaf
Allah biliyində böyüməyin dərin əhəmiyyətini kəşf edin. Onun Kəlamı və şəxsi təcrübə vasitəsilə anlayışınızı…