2 yan 2025
Gündəlik İşıq, 3 yanvar: Onun kimi müəllim haradadır?
Gündəlik İşıq
Yaşamaq üçün onlar bir şəhərə çatanadək.
Zəbur 107:7
Onu quraq bir torpaqda, Uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi, Göz bəbəyi kimi onu qorudu. Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi Ona yol göstərən yalnız Rəbb idi.
Qanunun Təkrari 32:10–12
Siz qocalanacan Mən Oyam, Saçlarınıza dən düşənəcən Mən sizi aparacağam, Sizi Mən yaratdım, Mən daşıyacağam. Bəli, Mən sizi aparacağam və xilas edəcəyəm.
Yeşaya 46:4
Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır. Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.
Zəbur 23:3–4
Rəbb həmişə sizə yol göstərəcək, Quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək. Siz də sulanmış bağça kimi, Suları heç vaxtı əskilməyən Bulaq kimi olacaqsınız.
Yeşaya 58:11
«Əbədi, sonsuzadək Bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!»
Zəbur 48:14
Onun kimi müəllim haradadır?
Əyyub 36:22
«Nə istəyirsən, sənin üçün edim?» O dedi: «Ya Rəbb, gözlərim açılsın».
Luka 18:41
Gözlərimi aç ki, Qanununun xariqələrini görüm.
Zəbur 119:18
Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı.
Luka 24:45
Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq.
Yəhya 14:26
Hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.
Yaqub 1:17
Dua edirəm ki, Rəbbimiz İsa Məsihin Allahı olan izzətli Ata Özünü sizə tanıtmaq üçün hikmət və vəhy ruhunu versin. Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun çağırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu, Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğunu görəsiniz.
Efesli̇lərə 1:17–19
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax1 yan 2025
Fi̇li̇pi̇li̇lərə 3:13–14 · Yəhya 17:24
31 dek 2024
Qanunun Təkrari 1:31 · Çixiş 19:4
30 dek 2024
1 Kori̇nfli̇lərə 1:8 · Kolosseli̇lərə 1:21–23
29 dek 2024
Efesli̇lərə 5:17 · 1 Saloni̇kli̇lərə 4:3
28 dek 2024
Mark 2:5 · Yeremya 31:34
27 dek 2024
2 Kori̇nfli̇lərə 4:18 · İbrani̇lərə 13:14
