Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın!
YAQUB 4:8
Gündəlik İşıq

Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın!
YAQUB 4:8
O, Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz yanına götürdü.
YARADILIŞ 5:24
İki nəfər razılaşıb görüşməsə, Birgə yol gedərmi?
AMOS 3:3
Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır, Xudavənd Rəbbə pənah gətirmişəm, Ona görə bütün işlərini hamıya çatdıracağam!
ZƏBUR 73:28
O, Asanın qarşısına çıxıb ona dedi: «Ey Asa, bütün Yəhudalılar və Binyaminlilər, məni dinləyin! Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər.
İKİNCİ SALNAMƏLƏR 15:2
Ancaq ağır günlərində İsrailin Allahı Rəbbə qayıdıb Onu axtaranda O Özünü onlara göstərdi.
İKİNCİ SALNAMƏLƏR 15:4
Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim. Siz Məni çağıracaqsınız, gəlib Mənə dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm. Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız.
YEREMYA 29:11-13
Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır. Həm də O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir. Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.
İBRANİLƏRƏ 10:19-22
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
28 dek 2024
Mark 2:5
27 dek 2024
2 Corinthians 4:18
26 dek 2024
1 Corinthians 15:58
25 dek 2024
Titus 3:4
24 dek 2024
Romans 8:13
23 dek 2024
Isaiah 27:5
22 dek 2024
1 Thessalonians 1:3

Rapture
Rapture'ı, onun Müqəddəs Kitab əsasını və Məsihin qayıdışı ilə bağlı xristianların niyə fərqli fikirlərə…
Pastoral Qayğı
Çobanlığın ruhani hədiyyəsini və ağsaqqalların Allahın sürüsünü bəsləmək və ona nəzarət etməkdəki həyati…
Namaz
Bulud dörd əsas insan ehtiyacı üçün dua etdi: ruhani anlayış, layiqli həyat, dözümlülük və minnətdar ruh.
Allahın Suverenliyi
İsrailin 70 illik Babil əsirlikini, Allahın intizam məqsədini və bərpa vədini araşdırın.
Günah
Ürəyin və günahın onun ruhani xəstəliyi kimi Müqəddəs Kitab mənasını araşdırın. Allahın baxış bucağını…

Rapture
Rapture'ı, onun Müqəddəs Kitab əsasını və Məsihin qayıdışı ilə bağlı xristianların niyə fərqli fikirlərə…

Pastoral Qayğı
Çobanlığın ruhani hədiyyəsini və ağsaqqalların Allahın sürüsünü bəsləmək və ona nəzarət etməkdəki həyati…

Namaz
Bulud dörd əsas insan ehtiyacı üçün dua etdi: ruhani anlayış, layiqli həyat, dözümlülük və minnətdar ruh.
İkinci Gəliş
Məsihlə qayıdan 'müqəddəslərin' kimliyini açın, Kilsəni Əhdi-Ətiq və digər müqəddəslərdən ayırın.