11 fev 2025
Gündəlik İşıq, 12 fevral: İzzətini mənə göstər (Çixiş 33:18)
Gündəlik İşıq
Ordular Rəbbi deyir: «Fəaliyyətə keçdiyim gün onlar Mənə məxsus xalq olacaq.
Malaki̇ 3:17
Dünyadan Mənə verdiyin adamlara Sənin adını aşkar etdim. Onlar Səninki idi. Sən onları Mənə verdin və onlar Sənin sözünə riayət etdilər. Mənim onlar üçün xahişim var. Dünya üçün deyil, Mənə verdiyin kəslər üçün xahişim var, çünki onlar Səninkidir. Mənim olan hər şey Sənindir, Sənin olanlar da Mənimdir və Mən onlarda izzətlənmişəm. Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin.
Yəhya 17:6, 9–10, 24
Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
Yəhya 14:3
Bunlar Rəbbin Öz müqəddəsləri arasında izzət qazanmaq və bütün imanlıları heyrətə gətirmək üçün gəldiyi gün baş verəcək. ... çünki etdiyimiz şəhadətə inandınız.
2 Saloni̇kli̇lərə 1:10
Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq.
1 Saloni̇kli̇lərə 4:17
Sən Rəbbin əlində gözəllik tacı, Allahının ovcunda padşahlıq çələngi olacaqsan.
Yeşaya 62:3
İzzətini mənə göstər.
Çixiş 33:18
Çünki «zülmətdən işıq parlayacaq» deyən Allah ürəyimizə nur saçdı ki, İsa Məsihin üzündən saçan Öz ehtişamını tanımağımızdan doğan nuru bizə versin.
2 Kori̇nfli̇lərə 4:6
Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı.
Yəhya 1:14, 18
Ey var olan Allah, mənim qəlbim Sənin üçün susayıb. Ay Allah, nə vaxt gəlib hüzurunda görünüm?
Zəbur 42:2
Sən dedin: «Üzümü axtarın». Ya Rəbb, mən Sənin üzünü axtarıram.
Zəbur 27:8
Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır.
2 Kori̇nfli̇lərə 3:18
Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin.
Yəhya 17:24
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax10 fev 2025
Luka 11:34 · 1 Kori̇nfli̇lərə 2:14
9 fev 2025
Luka 16:25 · Yeşaya 60:20
8 fev 2025
Yəhya 15:15 · Yaradiliş 18:17
7 fev 2025
Qanunun Təkrari 8:10–11 · Luka 17:15–18
6 fev 2025
1 Ti̇moteyə 1:14 · 2 Kori̇nfli̇lərə 8:9
5 fev 2025
Yəhya 10:10 · Yaradiliş 2:17
