12 fev 2025
Gündəlik İşıq, 13 fevral: Diri Olan Mənəm (Vəhy 1:18)
Gündəlik İşıq
Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi.
Yezekel 1:26
İnsan olan Məsih İsadır.
1 Ti̇moteyə 2:5
İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi.
Fi̇li̇pi̇li̇lərə 2:7–8
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin.
İbrani̇lərə 2:14
Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm.
Vəhy 1:18
Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz. Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır.
Romalilara 6:9–10
Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, necə?
Yəhya 6:62
Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır.
Kolosseli̇lərə 2:9
Çünki O, zəiflik içində çarmıxa çəkildiyi halda Allahın qüdrəti ilə yaşayır. Biz də Onda zəifik, amma sizin xeyriniz üçün Onunla bərabər Allahın qüdrəti ilə yaşayacağıq.
2 Kori̇nfli̇lərə 13:4
Kəlamın məni həyata qaytaracaq.
Zəbur 119:50
Ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu.
1 Kori̇nfli̇lərə 15:45
Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi.
Yəhya 5:26
Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz.
Yəhya 11:25–26
Həyat Onda idi və bu həyat insanların nuru idi. Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.
Yəhya 1:4, 12–13
Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir.
Yəhya 6:63
Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir.
İbrani̇lərə 4:12
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax11 fev 2025
Malaki̇ 3:16 · Luka 24:15
10 fev 2025
Luka 11:34 · 1 Kori̇nfli̇lərə 2:14
9 fev 2025
Luka 16:25 · Yeşaya 60:20
8 fev 2025
Yəhya 15:15 · Yaradiliş 18:17
7 fev 2025
Qanunun Təkrari 8:10–11 · Luka 17:15–18
6 fev 2025
1 Ti̇moteyə 1:14 · 2 Kori̇nfli̇lərə 8:9
