İsa ağladı.
YƏHYA 11:35
Gündəlik İşıq
İsa ağladı.
YƏHYA 11:35
Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik.
YEŞAYA 53:3
Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir.
İBRANİLƏRƏ 4:15
Hər şey Allah üçün və Allah vasitəsilə mövcuddur. Bir çox övladı izzətə çatdırmaq üçün onların xilasının Banisini əzablar vasitəsilə kamil etməsi Allaha münasib idi.
İBRANİLƏRƏ 2:10
O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi.
İBRANİLƏRƏ 5:8
Xudavənd Rəbb qulağımı açdı, Mən qarşı durmadım, geri çəkilmədim. Məni döyənlər üçün belimi açdım, Üzümü saqqalımı yolanlara tərəf uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim.
YEŞAYA 50:5-6
Onda Yəhudilər «Bax onu necə də sevirmiş!» söylədilər.
YƏHYA 11:36
Şübhəsiz, O, mələklərə deyil, İbrahim nəslinə yardım edər. Buna görə də O hər cəhətdən qardaşlarına bənzər olmalı idi; belə ki Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olub xalqının günahları üçün kəffarə edə bilsin.
İBRANİLƏRƏ 2:16-17
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
10 mar 2025
Genesis 22:14
9 mar 2025
1 Timothy 6:17
8 mar 2025
Isaiah 38:17
7 mar 2025
Isaiah 54:5
6 mar 2025
Proverbs 2:8
5 mar 2025
Isaiah 38:14
4 mar 2025
Colossians 3:2