8 mar 2025
Gündəlik İşıq, 9 mart: Kim bizə yaxşılıq edəcək? (Zəbur 4:6)
Gündəlik İşıq
Zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər.
1 Ti̇moteyə 6:17
Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin. Yeyib doyanda, gözəl evlər tikib içərisində oturanda, Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir. O bunu edir ki, bugünkü kimi atalarınıza vəd verərək sizinlə kəsdiyi əhdi yerinə yetirsin.
Qanunun Təkrari 8:11–12, 18
Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər. Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.
Zəbur 127:1–2
Onlar qılıncları ilə deyil, Sənin sağ əlinlə torpaqlara sahib oldular. Öz qolları deyil, Sənin sağ qolun onlara zəfər qazandırdı. Onlara üzündən nur verdin, Çünki Sən onları sevirdin.
Zəbur 44:3
Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?» Ya Rəbb, üzünün nurunu üstümüzə sal.
Zəbur 4:6
Onlar taxtın, dörd canlı məxluqun və ağsaqqalların önündə yeni bir nəğmə oxuyurlar.
Vəhy 14:3
O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır.
İbrani̇lərə 10:20
Bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki.
Ti̇tə 3:5–6
Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin.
Efesli̇lərə 2:8–9
Bizi yox, ya Rəbb, bizi yox, Məhəbbətin, sədaqətin naminə.
Zəbur 115:1
Yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun! Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin.
Vəhy 1:5–6
Çünki Sən kəsildin Və hər tayfadan, dildən, xalqdan və millətdən olanları Allah üçün Öz qanın bahasına satın aldın.
Vəhy 5:9
Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan ... Xilas taxtda oturan Allahımıza və Quzuya məxsusdur!
Vəhy 7:9–10
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax7 mar 2025
Yeşaya 54:5 · Efesli̇lərə 5:32
6 mar 2025
Süleymanin Məsəlləri̇ 2:8 · Qanunun Təkrari 1:32–33
5 mar 2025
Yeşaya 38:14 · Zəbur 123:1–2
4 mar 2025
Kolosseli̇lərə 3:2 · 1 Yəhya 2:15
3 mar 2025
Süleymanin Məsəlləri̇ 3:5–6 · Zəbur 62:8
2 mar 2025
Yaradiliş 41:52 · 2 Kori̇nfli̇lərə 1:3–5
