Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır.
NƏĞMƏLƏR NƏĞMƏSİ 2:16
Gündəlik İşıq
Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır.
NƏĞMƏLƏR NƏĞMƏSİ 2:16
Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam».
MATTA 18:20
İsa ona cavab verdi: «Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq.
YƏHYA 14:23
Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.
YƏHYA 15:10
Oyan, ey şimal küləyi, Dur gəl, ey cənub küləyi, Gəlin mənim bağçamda əsin, Qoy o, ətrini hər yana versin. Sevgilim öz bağçasına gəlsin, Seçmə meyvələrdən yesin.
NƏĞMƏLƏR NƏĞMƏSİ 4:16
Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur.
QALATİYALILARA 5:22-23
Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.
YƏHYA 15:8
Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin.
YƏHYA 15:2
10-siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.
FİLİPİLİLƏRƏ 1:11
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
9 mar 2025
1 Timothy 6:17
8 mar 2025
Isaiah 38:17
7 mar 2025
Isaiah 54:5
6 mar 2025
Proverbs 2:8
5 mar 2025
Isaiah 38:14
4 mar 2025
Colossians 3:2
3 mar 2025
Proverbs 3:5-6