Gündəlik İşıq, 11 iyun: O durub öz atasının yanına getdi

Gündəlik İşıq

Gündəlik İşıq
Bütün yazılar

O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü.

Rəbb rəhmli və lütfkardır, Hədsiz səbirli və bol məhəbbətlidir. Həmişə töhmətləndirməz, Qəzəbi sonsuza qədər sürməz. Bizimlə günahlarımıza görə davranmaz, Təqsirlərimizin əvəzini çıxmaz. Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür. Nə qədər şərq qərbdən uzaqdırsa, Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb. Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir.

Övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik. Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq.

Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz. Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz.

Mən hər şeyi yenidən qururam.

Bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz.

Kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.

Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm.

Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız.

əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.

Rəbbin ağzı ilə deyəcəyi, Sənə verəcəyi yeni bir adla çağırılacaqsan.

Mən yeni göylər və yeni yer yaradıram. Əvvəlki işlər bir daha xatırlanmayacaq, Heç yada düşməyəcək.

Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, mömin olmalısınız.

Müqəddəs Kitab sitatları da daxil olmaqla, süni intellektlə tərcümə edilib — istənilən istinadı açaraq onu Azərbaycan Bibliyası 2008 dilində oxuyun.

© United Bible Societies 2009 www.unitedbiblesocieties.org

Ahmet Yüksek ✪ tərəfindən Unsplash-də çəkilmiş foto

Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).