9 iyn 2025
Gündəlik İşıq, 10 iyun: Yığıb uzaq bir diyara yollandı
Gündəlik İşıq
Yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi.
Luka 15:13
Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız.
1 Kori̇nfli̇lərə 6:11
Təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik. Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu.
Efesli̇lərə 2:3–6
Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.
1 Yəhya 4:10
Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü. Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq.
Romalilara 5:8, 10
Rəbb sizi bağışladığı kimi siz də bağışlayın.
Kolosseli̇lərə 3:13
Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi. Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı.
Luka 7:41–42
Bütün o borcu sənə bağışladım ... Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?
Matta 18:32–33
Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da təqsirlərinizi bağışlasın». 26.
Mark 11:25–26
Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün. Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın.
Kolosseli̇lərə 3:12–13
Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi.
Matta 18:21–22
Kamil birliyin bağı olan məhəbbətə bürünün.
Kolosseli̇lərə 3:14
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax8 iyn 2025
Yaradiliş 39:3 · Zəbur 128:1–2
7 iyn 2025
Luka 18:1 · Luka 11:5–8
6 iyn 2025
Sefanya 3:17 · Qanunun Təkrari 7:7–8
5 iyn 2025
Luka 17:10 · Romalilara 3:27
4 iyn 2025
Haqqay 2:9 · Bi̇ri̇nci̇ Salnamələr 22:5
3 iyn 2025
Matta 25:13 · Luka 21:34–36
