Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət,
QALATİYALILARA 5:22
Gündəlik İşıq
Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət,
QALATİYALILARA 5:22
Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar.
1 YƏHYA 4:16
Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.
ROMALILARA 5:5
Beləliklə, iman edən sizlər üçün bu daş qiymətlidir, amma iman etməyənlər üçün «bənnaların rədd etdiyi daş guşədaşı olub»,
1 PETER 2:7
Biz sevirik, çünki öncə O bizi sevdi.
1 YƏHYA 4:19
Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü. Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
2 KORİNFLİLƏRƏ 5:14-15
Qardaşlıq sevgisinə gəlincə, sizə yazmağa ehtiyac yoxdur, çünki Allah bir-birinizi sevməyi öyrədib.
1 SALONİKLİLƏRƏ 4:9
Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.
YƏHYA 15:12
Hər şeydən əvvəl, bir-birinizi can-dildən sevin, çünki «məhəbbət çox günahı örtər».
1 PETER 4:8
Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün.
EFESLİLƏRƏ 5:2
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
28 fev 2026
John 3:16
27 fev 2026
Romans 6:11
26 fev 2026
Lamentations 3:40
25 fev 2026
James 4:7
24 fev 2026
Ezekiel 36:37
23 fev 2026
Hebrews 12:24
22 fev 2026
Psalms 25:12