Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonra da yox olan buxardır.
YAQUB 4:14
Gündəlik İşıq
Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonra da yox olan buxardır.
YAQUB 4:14
Günlərim sürətlə qaçır, çapardan sürətlidir, Bir xeyir tapmadan qaçırlar. Qamış qayıq kimi keçib gedirlər Ovunun üstünə şığıyan qartal kimidirlər.
ƏYYUB 9:25-26
İnsanları silirsən, çəkilirlər, Elə bil ki yuxudurlar. Sanki sübh çağı yerdə bitən otdurlar, Səhər boy atar, çiçək açar, Axşamsa solar, quruyar.
ZƏBUR 90:5-6
Çiçək kimi açar, solar, Kölgə kimi keçib-gedər.
ƏYYUB 14:2
Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.
1 YƏHYA 2:17
Onlar yox olacaq, amma Sən qalacaqsan, Hamısı paltar kimi köhnələcək, Onları geyim kimi dəyişdirəcəksən, Keçib-gedəcəklər. Amma Sən dəyişməzsən, İllərin tükənməzdir.
ZƏBUR 102:26-27
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
İBRANİLƏRƏ 13:8
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
15 mar 2026
Hebrews 2:10
14 mar 2026
Titus 2:10
13 mar 2026
1 Timothy 2:5
12 mar 2026
Numbers 6:25-26
11 mar 2026
Numbers 6:24
10 mar 2026
Genesis 22:14
9 mar 2026
1 Timothy 6:17