oğurluq etməsinlər, amma hər baxımdan etibarlı olduqlarını göstərsinlər. Beləliklə, Xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etsinlər.
TİTƏ 2:10
Gündəlik İşıq
oğurluq etməsinlər, amma hər baxımdan etibarlı olduqlarını göstərsinlər. Beləliklə, Xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etsinlər.
TİTƏ 2:10
Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun. Gəlib sizi görsəm də, gəlməyib haqqınızda eşitsəm də, bilim ki, siz bir ruhda möhkəm dayanıb Müjdəyə əsaslanan imanda canbir olaraq səy göstərirsiniz
FİLİPİLİLƏRƏ 1:27
Hər cür şərdən uzaq durun.
1 SALONİKLİLƏRƏ 5:22
nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın.
FİLİPİLİLƏRƏ 2:15
Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
MATTA 5:16
Qoy səni xeyirxahlıq və sədaqət tərk etməsin, Onları boynuna bağla, ürəyinin lövhəsinə yaz. Onda Allahın və insanların gözündə Lütf tapıb şərəfə çatarsan.
SÜLEYMANIN MƏSƏLLƏRİ 3:3-4
Nəhayət, qardaşlar, doğru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün.
FİLİPİLİLƏRƏ 4:8
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
13 mar 2026
1 Timothy 2:5
12 mar 2026
Numbers 6:25-26
11 mar 2026
Numbers 6:24
10 mar 2026
Genesis 22:14
9 mar 2026
1 Timothy 6:17
8 mar 2026
Isaiah 38:17
7 mar 2026
Isaiah 54:5