28 mart 2026, şənbə

Gündəlik İşıq

28 mar 2026

Sənin əmrlərinə qarşı çıxan, buyurduğun hər sözə qulaq asmayan hər kəs öldürüləcək. Yalnız sən möhkəm və cəsarətli ol».

YEŞUA 1:18

Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim?

ZƏBUR 27:1

O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar. Hətta cavanlar yorular, taqətdən düşər, İgidlər əldən düşüb titrəyər. Rəbbə ümid bağlayanlarsa Yeni qüvvət alar, Qanad açıb qartal kimi yüksəklərə uçar, Qaçanda taqətdən düşməzlər, Yol gedib yorulmazlar.

YEŞAYA 40:29-31

Cismim və ürəyim taqətdən düşsə belə, Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.

ZƏBUR 73:26

Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?

ROMALILARA 8:31

Rəbb mənimlədir, heç qorxmaram. İnsan mənə nə edə bilər?

ZƏBUR 118:6

Köməyinlə düşmənlərimizi devirək, İsminlə əleyhdarlarımızı əzək.

ZƏBUR 44:5

Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.

ROMALILARA 8:37

hər cür qızıl, gümüş, tunc və dəmir işini bacaran ustalar var. Onların sayı-hesabı yoxdur. Buyur, işə başla, Rəbb sənə yar olsun».

BİRİNCİ SALNAMƏLƏR 22:16

Süni intellektlə tərcümə edilib, Müqəddəs Kitab sitatları da daxil olmaqla — istənilən istinadı açın və Azərbaycan Bibliyası 2008 tərcüməsində oxuyun.

Sizin əlinizdəki Müqəddəs Kitab Allahın Kəlamıdır. Müqəddəs Kitab Allahdan ilham almış Müqəddəs Yazılar toplusudur.

Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).

Son günlər