28 mar 2026
Gündəlik İşıq, 29 mart: Atamın xeyir-dua verdiyi adamlar!
Gündəlik İşıq
Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın.
Matta 25:34
Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü.
Luka 12:32
Dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?
Yaqub 2:5
Həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.
Romalilara 8:17
Axı Ata Özü sizi sevir, çünki siz Məni sevdiniz və Mənim Allahın yanından gəldiyimə inandınız.
Yəhya 16:27
Buna görə Allah Özünü onların Allahı adlandırmaqdan utanmır, çünki O onlar üçün şəhər hazırlamışdır.
İbrani̇lərə 11:16
Qalib gələn bunları irs alacaq; “Mən ona Allah, o isə Mənə oğul olacaq”.
Vəhy 21:7
İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.
2 Ti̇moteyə 4:8
Sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq.
Fi̇li̇pi̇li̇lərə 1:6
Nə var-dövlət əbədidir, nə də tac nəsildən-nəslə keçir.
Süleymanin Məsəlləri̇ 27:24
Əlbəttə, insan kölgə kimi dolaşır, Həqiqətən, o boş yerə çarpışır, Var-dövlət yığır, kimə qalacağını bilmir.
Zəbur 39:6
Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün.
Kolosseli̇lərə 3:2
Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. Bunun yerinə özünüzə göydə xəzinələr yığın. ... Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq.
Matta 6:19–21
Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq.
1 Kori̇nfli̇lərə 9:25
Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik.
2 Kori̇nfli̇lərə 4:18
Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar.
Süleymanin Məsəlləri̇ 11:18
İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.
2 Ti̇moteyə 4:8
Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət tacı alacaqsınız.
1 Peter 5:4
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax27 mar 2026
Süleymanin Məsəlləri̇ 11:18 · Matta 25:19–21
26 mar 2026
Matta 2:14–15 · Romalilara 6:16
25 mar 2026
İbrani̇lərə 13:5–6 · Yaradiliş 28:15
24 mar 2026
Yaradiliş 15:6 · Romalilara 4:20–24
23 mar 2026
Vəhy 4:8 · Zəbur 22:3
22 mar 2026
Yaradiliş 13:10–11 · 2 Peter 2:7–8
