Musa zülm altında olan qardaşlarını ziyarət etmək üçün mövqeyindən və sərvətindən imtina etmişdi. Onlar tərəfindən tanınmayan və rədd edilən o, yad bir ölkəyə qaçır. Orada, özünü xilas edən və susuzluğu yatıran biri kimi göstərdikdən sonra (17-ci ayə), bir arvad alır və çoban olur. Bütün bu xüsusiyyətlər bizə İsanı, Allahın Oğlunu düşündürür ki, O, Öz izzətini kənara qoyaraq Öz xalqı İsraili ziyarət etmək və xilas etmək üçün enmişdi. Özünə aid olanlar Onu qəbul etmədilər (Yəhya 1:11). O, indi dünyadan uzaqdır, qoyunların Böyük Çobanı və Öz lütfü ilə satın alınmış və indi Onun rədd edilməsində iştirak edən Kilsənin Bəyi kimi.
Musanın həyatında qırx il keçib. Allah ona «böyük bir görüntü»də Özünü aşkar etmək üzrədir. Həcər üçün bir quyu, Yaqub üçün bir nərdivan, Musa üçün isə sirli, yanan kol seçdi. Onunla necə və harada görüşdüyünüzü deyə bilərsinizmi?
Allah Musaya Öz sevimli xalqına qarşı mərhəmətini göstərmək istəyir. Misir sobasının ortasında İsrail bu kol kimi idi, sınaqdan keçirilmiş, lakin odla məhv edilməmişdi. RƏBBİN xilas etdiyi insanlar üçün də indi eynidir. Odlu sınağın məqsədi yalnız onların arasında mövcud olan hökm olunmamış şəri məhv etməkdir.
Yalnız Məsihdə tam ölçüdə üzərinə gələn ilahi od heç nəyi yandırmadı (Zəbur 17:3).