17 may 2026
Gündəlik İşıq, 18 may: Dirilmə və həyat Mənəm (Yəhya 11:25)
Gündəlik İşıq
Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi.
Yəhya 5:26
Indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi.
2 Ti̇moteyə 1:10
Dirilmə və həyat Mənəm.
Yəhya 11:25
Mən yaşadığım üçün siz də yaşayacaqsınız.
Yəhya 14:19
Çünki əvvəldən bizdə olan etimadı sonadək möhkəm saxlasaq.
İbrani̇lərə 3:14
Səmavi ənamdan dadmış və Müqəddəs Ruha şərik olmuş.
İbrani̇lərə 6:4
Bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız.
2 Peter 1:4
Ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu. Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik, amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik.
1 Kori̇nfli̇lərə 15:45, 51–52
Var Olmuş, Var Olan və Gəlməli Olan Külli-İxtiyar Rəbb Allah Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!
Vəhy 4:8
əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə.
Vəhy 4:9
Bəxtiyarlıq mənbəyi olan tək Hökmdar, şahların Şahı və ağaların Ağasıdır. Yeganə ölməzliyə malik olan.
1 Ti̇moteyə 6:15–16
Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin.
1 Ti̇moteyə 1:17
Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək.
Qalati̇yalilara 5:26
Sonra Gideon onlara dedi: «Ancaq sizdən bir ricam var ki, götürdüyünüz talan malından hər kəs mənə bir sırğa versin». Çünki düşmənlər İsmailli olduqları üçün qızıl sırğa taxırdılar. Onlar Gideona dedilər: «Bunu məmnuniyyətlə verərik». Onlar yerə bir paltar sərdilər və hamı talan malından götürdüyü sırğaları bu paltarın üstünə atdı. Gideon onlardan bir efod düzəltdi və onu öz şəhərində Ofrada qoydu. Bundan sonra bütün İsraillilər orada bu efoda səcdə etməklə Rəbbə xəyanət etdilər. Bu efod Gideon və onun külfəti üçün tələ oldu.
Haki̇mlər 8:24–25, 27
Əgər sən özün üçün çox şey istəyirsənsə, istəmə.
Yeremya 45:5
Aldığım vəhylərin üstünlüyü ilə qürurlanmayım deyə cismim üçün bir tikan, yəni mənə əzab vermək üçün Şeytanın bir elçisi göndərildi ki, qürurlanmayım.
2 Kori̇nfli̇lərə 12:7
Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın.
Fi̇li̇pi̇li̇lərə 2:3
Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz, kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz.
1 Kori̇nfli̇lərə 13:4–5
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax16 may 2026
Romalilara 1:1 · Yəhya 13:13
15 may 2026
Vəhy 21:4 · Yeşaya 25:8
14 may 2026
Fi̇li̇pi̇li̇lərə 3:10 · Matta 10:25
13 may 2026
1 Ti̇moteyə 2:8 · Yəhya 4:23–24
12 may 2026
1 Yəhya 4:7 · Romalilara 5:5
11 may 2026
1 Kori̇nfli̇lərə 15:34 · 1 Saloni̇kli̇lərə 5:5–6
